| 
						 
						
						Azərbaycan Respublikası Prezidentinin "Hüseyn Cavidin 
						130 illik yubileyinin keçirilməsi haqqında" 16 fevral 
						2012-ci il tarixli, 2051 nömrəli sərəncamının icrasını 
						təmin etmək məqsədilə  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük 
						şair və dramaturq  Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu 
						Rasizadənin) anadan olmasının 130 illik  yubileyinin 
						keçirilməsinə dair Azərbaycan Respublikasının Təhsil 
						Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə 
						olunur). 
						
						
						2. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı 
						Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil 
						İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, 
						ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili 
						müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını 
						təmin etsinlər. 
						
						
						3.  Müəssisələrin rəhbərlərinə tədbirlər planının 
						icrasının  təmin ediməsi və görülmüş işlər haqqında 
						məlumatın 25 noyabr 2012-ci il tarixinə qədər Təhsil 
						Nazirliyinə təqdim edilməsi tapşırılsın. 
						
						
						4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan 
						müəllimi" qəzetində dərc olunmasını və tədbirlər planı 
						ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində 
						yerləşdirilməsini təmin etsin.  
						
						
						5. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının 
						çoxaldılıb yerlərə çatdırılmasını  təmin etsin. 
						
						
						6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova 
						həvalə olunsun.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						2 mart 2012-ci il  |