| 
						 
						
						 Azərbaycan Respublikası Prezidentinin "Fikrət Əmirovun 
						90 illik yubileyinin keçirilməsi haqqında" 06 fevral 
						2012-ci il tarixli, 1979 nömrəli sərəncamının icrasını 
						təmin etmək məqsədilə  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ 
						xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və 
						Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı 
						Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 90 illik 
						yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin 
						tədbirlər planı təsdiq edilsin (əlavə olunur). 
						
						
						2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər 
						təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk 
						peşə-ixtisas təhsili və nazirliyin birbaşa tabeliyində 
						olan digər təhsil müəssisələrinin rəhbərləri tədbirlər 
						planının icrasını təmin etsinlər. 
						
						
						3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan 
						müəllimi"     qəzetində dərc etdirsin və tədbirlər planı 
						ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində 
						yerləşdirsin. 
						
						
						4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının 
						çoxaldılıb yerlərə çatdırılmasını  təmin etsin. 
						
						
						5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova 
						həvalə olunsun.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						1 mart 2012-ci il  |