| 
						 
						
						Azərbaycan Respublikası Təhsil Nazirliyinin və 
						Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
						Respublika Komitəsinin 6 fevral 2012-ci il tarixli, 162 
						nömrəli qərarını nəzərə alaraq  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Tələbələrin XVII Respublika fənn olimpiadası (riyaziyyat, 
						fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, 
						Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, 
						alman, fransız və rus dili fənni üzrə) 2012-ci ilin 
						fevral-aprel aylarında 2 tur üzrə keçirilsin. 
						 
						
						
						2. Olimpiadanın I turu 2012-ci il 27 fevral - 27 mart 
						tarixlərində ali təhsil müəssisələrində, II yekun turu 
						isə cari ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji 
						Universitetində keçirilsin. 
						
						
						3. "Tələbələrin XVII Respublika fənn olimpiadası 
						haqqında Əsasnamə" təsdiq edilsin (1 nömrəli əlavə). 
						
						
						4. Olimpiadanın münsiflər heyətinin tərkibi təsdiq 
						edilsin (2 nömrəli əlavə). 
						
						
						5. Ali təhsil müəssisələrinin rektorları: 
						
						
						5.1. Olimpiadanın I turunun yüksək səviyyədə 
						keçirilməsini təmin etsinlər; 
						
						
						5.2. Olimpiadanın II turuna vəsiqə qazanmış tələbələrin 
						siyahısını, habelə onların hər biri üçün "Olimpiada 
						iştirakçısının anketi"ni  2012-ci il 1 aprel tarixinədək 
						Təhsil Nazirliyinə təqdim etsinlər. 
						
						
						6. Olimpiadanın II turunun yüksək təşkilatçılıq 
						səviyyəsində həyata keçirilməsinin təmin edilməsi 
						Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoruna (Y.Məmmədov 
						) tapşırılsın. 
						
						
						7. Təhsil Nazirliyinin Elm şöbəsi (G.Hüseynova): 
						
						
						7.1. Ali təhsil müəssisələrində olimpiadanın I turunun 
						yekunlarının ümumiləşdirilməsini və müvafiq məlumat 
						bazasının hazırlanmasını həyata keçirsin. 
						
						
						7.2. Olimpiadanın II turunun keçirilməsi üçün lazımi 
						tədbirlər görsün. 
						
						
						7.3. Olimpiada qalibləri üçün diplomların hazırlanmasını, 
						medalların və hədiyyələrin alınmasını təmin etsin. 
						
						
						8. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) olimpiadanın xərclər 
						smetasını hazırlayıb təsdiq üçün rəhbərliyə təqdim etsin. 
						
						
						9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan 
						müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində 
						dərc olunmasını və nazirliyin veb-saytında 
						yerləşdirilməsini təmin etsin. 
						
						
						10. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə 
						göndərilməsini təmin etsin. 
						
						
						11. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
						
						
						
						Misir  MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						24 fevral 2012-ci il  |