| 
						 
						
						"British 
						Council"
						
						
						və 
						"Mədəd-Azərbaycan"
						
						
						ingilis dilinin tədrisi 
						prosesində
						
						
						elektron tədris 
						resurslarından 
						istifadə
						
						
						istiqamətində
						
						
						müəllimlərin 
						imkanlarını
						
						
						genişləndirmək 
						məqsədi 
						ilə
						
						
						birgə
						
						
						layihəyə
						
						
						imza atmışlar.
						
						
						Layihə
						
						
						müvafiq 
						peşəkar 
						inkişaf 
						imkanları
						
						
						vasitəsilə
						
						
						ingilis dilinin 
						öyrənilməsi 
						və
						
						
						tədrisi 
						üzrə 
						"British 
						Council"in 
						resursları
						
						
						haqqında 
						100 
						
						müəllim 
						və 
						500 
						
						tələbənin 
						biliklərini 
						artıracaq. 
						2012-ci 
						ildə
						
						
						keçirilməsi 
						nəzərdə
						
						
						tutulan pilot layihədən 
						Bakı,
						
						
						Sumqayıt, 
						Şirvan,
						
						
						Göyçay 
						və
						
						
						Mingəçevirdən 
						olan müəllimlər 
						faydalanacaqlar. 
						
						
						Layihə
						
						
						iştirakçıları
						
						
						ingilis dilinin tədrisində
						
						
						elektron resurslardan istifadə
						
						
						edilməsi 
						haqqında 
						yeni 
						üsulların 
						öyrənilməsi 
						və
						
						
						bacarıqların 
						inkişaf 
						etdirilməsi 
						məqsədi 
						ilə
						
						
						bir sıra 
						təlim 
						sessiyalarında 
						iştirak 
						edəcəklər.
						
						
						Təlimdən 
						sonra müəllimlər 
						"British 
						Council"
						
						
						və 
						"Mədəd-Azərbaycan"
						
						
						tərəfindən 
						dəstəklənən 
						onlayn 
						ünsiyyət 
						vasitələrinin 
						köməyi 
						ilə
						
						
						təcrübələrini 
						bölüşmək 
						və 
						şəbəkələşmək 
						imkanı 
						əldə
						
						
						edəcəklər.
						
						
						Belə
						
						
						ki, 
						"British 
						Council"in 
						bu innovativ tədris 
						resursları
						
						
						gündəlik 
						sinif fəaliyyətinə
						
						
						inteqrasiya olunacaq. 
						
						
						Layihənin 
						əsas 
						məqsədi 
						müəllimlər 
						tərəfindən 
						müxtəlif 
						vasitələrin 
						köməyi 
						ilə
						
						
						məlumatların 
						əldə
						
						
						edilməsinə
						
						
						yönəldilmişdir.
						
						
						Artıq 
						bu gün 
						müəllimlərin 
						hər 
						hansı
						
						
						bir materialı 
						əldə
						
						
						etməsi   
						üçün 
						iş
						
						
						yerindən 
						uzaqlaşmasına 
						ehtiyac yoxdur,
						
						
						onlar istənilən 
						vaxt onlayn kitabxana resurslarına 
						və
						
						
						xidmətlərinə
						
						
						daxil ola bilərlər. 
						  
						
						
						
						Hicran 
						ƏKBƏROVA
						  |