| 
						 
						
						 Martın 
						19-da 
						Təhsil 
						Nazirliyində
						
						
						Akkreditasiya komissiyasının 
						növbəti 
						iclası
						
						
						keçirilib. 
						
						
						İclasda 
						Azərbaycan 
						Dövlət 
						Rəssamlıq 
						Akademiyası,
						
						
						Gəncə
						
						
						Humanitar Kolleci,
						
						
						Zaqatala Dövlət 
						İdarəetmə
						
						
						və
						
						
						Texnologiya Kollecinin akkreditasiyasının 
						nəticələri 
						müzakirə
						
						
						olunub. 
						
						
						İclasda 
						Azərbaycan 
						Dövlət 
						Rəssamlıq 
						Akademiyası 
						üzrə
						
						
						Akkreditasiya komissiyasının 
						sədri 
						Fəxriyyə
						
						
						Kərimova 
						bu təhsil 
						müəssisəsində
						
						
						tədrisin 
						təşkili 
						vəziyyətinin 
						ətraflı
						
						
						təhlil 
						edildiyini,
						
						
						mütəxəssis 
						hazırlığının 
						keyfiyyətinin 
						öyrənildiyini 
						nəzərə 
						çatdırıb.
						
						
						Daha sonra iclas iştirakçılarını
						
						
						tədris 
						ocağının 
						fəaliyyətinin 
						statusuna uyğunluğu 
						üzrə
						
						
						nəticələri 
						ilə
						
						
						tanış
						
						
						edən 
						komissiya sədri 
						müvafiq 
						ixtisaslar 
						üzrə
						
						
						kadr hazırlığı
						
						
						və
						
						
						digər 
						meyarlara görə
						
						
						Akkreditasiya komissiyasının 
						gəldiyi 
						qənaət 
						barədə
						
						
						məlumat 
						verib. 
						
						
						Gəncə
						
						
						Humanitar Kolleci 
						üzrə
						
						
						Akkreditasiya komissiyasının 
						sədri 
						Aybəniz 
						Əhmədova 
						bu təhsil 
						ocağının 
						tədris 
						şəraiti,
						
						
						maddi-texniki 
						bazası
						
						
						və
						
						
						pedaqoji heyəti 
						haqqında 
						müvafiq 
						göstəriciləri 
						təqdim 
						edib.
						
						
						O,
						
						
						kollecin fəaliyyətinin 
						daha da yaxşılaşdırılması 
						üçün 
						komissiyanın 
						təklif 
						və
						
						
						tövsiyələrini 
						diqqətə 
						çatdırıb. 
						
						
						Zaqatala Dövlət 
						İdarəetmə
						
						
						və
						
						
						Texnologiya Kolleci 
						üzrə
						
						
						Akkreditasiya komissiyasının 
						sədri 
						Gültəkin 
						Əliyeva 
						iclas iştirakçılarını
						
						
						kollecin 
						ümumi 
						fəaliyyəti 
						və
						
						
						komissiyanın 
						gəldiyi 
						qənaətlə
						
						
						tanış
						
						
						edib. 
						
						
						Sonra hər 
						üç 
						
						tədris 
						müəssisəsi
						
						
						üzrə
						
						
						akkreditasiyanın 
						nəticələrinə
						
						
						dair iclas iştirakçılarını
						
						
						maraqlandıran 
						suallar cavablandırılıb,
						
						
						bir sıra 
						rəy 
						və
						
						
						təkliflər 
						səsləndirilib. 
						
						
						İclasda 
						təhsil 
						naziri Misir Mərdanov 
						ali və
						
						
						orta ixtisas təhsili 
						müəssisələrinin 
						akkreditasiyası 
						üzrə
						
						
						mövcud 
						meyarlara müəyyən 
						əlavə
						
						
						və
						
						
						dəyişikliklər 
						edilməsi 
						məsələsinə
						
						
						toxunub. 
						
						
						Akkreditasiya komissiyasının 
						iclasında 
						hər 
						üç 
						
						təhsil 
						müəssisəsinin 
						müəyyənləşdirilmiş
						
						
						meyarlar 
						üzrə
						
						
						tələblərə
						
						
						cavab verdiyi nəzərə
						
						
						alınaraq,
						
						
						onların 
						fəaliyyəti 
						"kafi"
						
						
						qiymətləndirilib 
						və
						
						
						müvafiq 
						ixtisaslarının 
						akkreditə
						
						
						olunması
						
						
						barədə
						
						
						qərar 
						qəbul 
						edilib.  |