| 
						 
						
						 Qonaqları
						
						
						salamlayan təhsil 
						naziri Azərbaycanla 
						Türkiyə
						
						
						arasında 
						mövcud 
						olan 
						əlaqələrin 
						bütün 
						istiqamətlərdə,
						
						
						eləcə
						
						
						də
						
						
						təhsil 
						sahəsində
						
						
						sürətlə
						
						
						inkişaf 
						etdiyini bildirib.
						
						
						Misir Mərdanov 
						"Çağ" 
						Öyrətim 
						İşlətmələri 
						Şirkətinin 
						Azərbaycanda 
						gördüyü
						
						
						işlər, 
						əldə
						
						
						etdiyi uğurlar 
						barədə 
						ətraflı
						
						
						söhbət 
						açıb.
						
						
						Qafqaz Universitetinin Azərbaycanda 
						ali təhsilin 
						inkişafına 
						verdiyi töhfələrdən 
						bəhs 
						edən 
						nazir 
						ölkəmizdə
						
						
						fəaliyyət 
						göstərən 
						Azərbaycan-Türkiyə 
						özəl 
						liseylərinin 
						fəaliyyətini 
						yüksək 
						dəyərləndirib. 
						
						
						Təhsil 
						naziri son illərdə
						
						
						beynəlxalq 
						olimpiadalarda azərbaycanlı
						
						
						gənclərin 
						əldə
						
						
						etdiyi nailiyyətlərə
						
						
						diqqət 
						çəkib.
						
						
						Bu baxımdan 
						"Çağ" 
						Öyrətim 
						İşlətmələri 
						Şirkətinin 
						mühüm 
						rolunu xüsusi 
						vurğulayan 
						Misir Mərdanov 
						Azərbaycan 
						təhsilinin 
						səviyyəsinin 
						daha da yüksəldilməsi 
						üçün 
						qarşıda 
						duran vəzifələrdən 
						danışıb. 
						
						
						Türkiyə
						
						
						Böyük 
						Millət 
						Məclisi 
						sədrinin 
						müavini 
						Mehmet Sağlam 
						Türkiyə
						
						
						Yüksək 
						Öyrətim 
						Kurulunun rəhbəri 
						olarkən 
						Azərbaycana 
						gəldiyini 
						bildirib.
						
						
						Qonaq 
						
						ölkələrimiz 
						arasında 
						təhsil 
						əlaqələrinin 
						inkişafından 
						məmnunluğunu 
						ifadə
						
						
						edib,
						
						
						Azərbaycanın 
						dinamik iqtisadi inkişafının 
						təhsilin 
						tərəqqisinə
						
						
						yol açmasını
						
						
						yüksək 
						dəyərləndirib. 
						
						
						Turqut 
						Özal 
						Universitetinin rektoru Erol Oral 
						2001-2005-ci 
						illərdə
						
						
						Azərbaycanda 
						çalışdığını,
						
						
						həmin 
						dövrü
						
						
						həyatının 
						ən 
						dəyərli 
						hissələrindən 
						biri hesab etdiyini söyləyib.
						
						
						Dörd 
						il rəhbərlik 
						etdiyi Qafqaz Universitetinin qazandığı
						
						
						uğurlara 
						görə
						
						
						qürur 
						duyduğunu 
						bildirən 
						rektor Azərbaycanla 
						Türkiyə
						
						
						arasındakı
						
						
						təhsil 
						əlaqələrinin 
						əhəmiyyətinə
						
						
						diqqət 
						çəkib.
						
						
						Qafqaz Universitetinin rektoru 
						Əhməd 
						Saniç 
						"Çağ" 
						Öyrətim 
						İşlətmələri 
						Şirkətinin 
						və
						
						
						rəhbərlik 
						etdiyi ali təhsil 
						ocağının 
						fəaliyyətinə
						
						
						verdiyi yüksək 
						dəyərə
						
						
						görə
						
						
						Misir Mərdanova 
						təşəkkürünü
						
						
						bildirib.
						
						
						Rektor Qafqaz Universitetinin fəaliyyətinin 
						prioritet istiqamətləri 
						barədə
						
						
						məlumat 
						verib,
						
						
						Azərbaycanla 
						Türkiyə
						
						
						arasındakı 
						əlaqələrin 
						inkişafında 
						təhsil 
						sahəsindəki 
						əməkdaşlığın 
						xüsusi 
						yer tutduğunu 
						vurğulayıb. 
						
						
						Dünyanın 
						150 ölkəsində 
						"Çağ" 
						Öyrətim 
						İşlətmələri 
						Şirkətinin 
						təhsil 
						müəssisələrinin 
						fəaliyyət 
						göstərdiyini 
						qeyd edən 
						Ə.Saniç
						
						
						Azərbaycandakı
						
						
						fəaliyyətlərinin 
						xüsusilə
						
						
						fərqləndiyini 
						nəzərə 
						çatdırıb. 
						"Çağ" 
						Öyrətim 
						İşlətmələri 
						Şirkətinin 
						fəaliyyətinə
						
						
						Azərbaycan 
						dövləti 
						tərəfindən 
						göstərilən 
						dəstəyi 
						xüsusi 
						vurğulayan 
						rektor gələcək 
						fəaliyyətlərinin 
						daha səmərəli 
						olacağına 
						inamını
						
						
						ifadə
						
						
						edib. 
						
						
						Daha sonra görüşdə
						
						
						qarşılıqlı
						
						
						maraq doğuran 
						bir sıra 
						digər 
						məsələlər 
						ətrafında 
						fikir mübadiləsi 
						aparılıb.  |