| 
						 
						
						 Azərbaycan 
						Respublikası Təhsil Nazirliyi "2008-2012-ci illərdə 
						Azərbaycan Respublikasında təhsil sisteminin 
						informasiyalaşdırılması üzrə Dövlət Proqramı" 
						çərçivəsində  təhsil sisteminin pedaqoji heyətinin  İKT  
						üzrə savadlılığının artırılmasına yönəldilmiş treninqlər 
						və digər  kompleks tədbirlər həyata keçirir.  
						
						
						Bu proqram Azərbaycan dövlətinin təhsilə göstərdiyi 
						qayğının ən bariz nümunələrindən biridir. Proqram  
						çərçivəsində həyata keçirilən  işlərdən biri də Təhsil 
						Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması 
						İdarəsi ilə birgə nazirliyin tərəfdaşlarından biri olan 
						"MƏDƏD" təşkilatının həyata keçirdiyi inzibati-idarə 
						heyətinin Peşəkarlıq Səviyyəsinin  Təkmilləşdirilməsi 
						kurslarıdır. Bu təlim kursları  respublikanın  digər 
						rayonları ilə yanaşı, Şuşa rayonunun Malıbəyli kənd 
						məktəbində  fevral ayının 27-dən başlayaraq bütün ümumi  
						təhsil məktəblərinin inzibati-idarəetmə heyəti üçün də 
						uğurla həyata keçirilir.  
						
						
						Təlimlər 2 nəfər təlimçi ilə 6 gün aparılır. Təlimlərdə 
						12-15 nəfərlik  qruplar iştirak edir. İnzibati-idarəetmə 
						heyətinin kurslara cəlb edilməsi təhsil şöbəsi 
						tərəfindən tənzimlənir. Təlim zamanı iştirakçılar 5 
						kompüter proqramı ilə tanış olurlar. Bu da onların 
						gələcəkdə işlərini İKT və digər avadanlıqlarla 
						zənginləşdirmələrinə çox kömək edəcək. Kursun son günü 
						isə  iştirakçılar təlimçilər tərəfindən imtahandan  
						keçirilir. Onlara sertifikatların verilməsi bu 
						imtahanların nəticələrinə görə müəyyənləşdirilir.  
						
						
						
						Tamella KAZIMOVA, 
						Şuşa RTŞ-ın müdir müavini  |