| 
						 
						
						Lənkəran Dövlət Universitetinin tələbələri Lənkəran uşaq 
						evinin sakinləri ilə görüşmüşlər. Tədbirdə tələbələr xoş 
						arzularını bildirərək özləri ilə gətirdikləri bayram 
						hədiyyələrini uşaqlara paylamışlar.  
						
						
						Uşaq evinin direktoru Ofelya Qənbərova görüş üçün 
						minnətdarlığını bildirmişdir. Tədbir universitetin 1 
						nömrəli tədris korpusunda davam etdirilmişdir. Bayram 
						iştirakçıları tələbələrin əl işlərindən təşkil olunmuş 
						sərgiyə baxmışlar. Sərgidə  yazın gəlişinə həsr edilmiş 
						rəsmlər nümayiş  etdirilmişdir.  
						
						
						Lənkəran Ağsaqqallar  Şurasının sədr müavini, 
						universitetin valideynlər şurasının sədri  Sərhad 
						Məmmədov, universitetin dosenti, filologiya elmləri üzrə 
						fəlsəfə doktoru Mirhüseyn Abbas, universitetin 
						tələbə-gənclər təşkilatının sədri Uğur Qurbanzadə və 
						başqaları çıxış edərək ürək sözlərini söyləmişlər. 
						
						
						Sonda Novruz bayramına həsr edilmiş ədəbi-bədii 
						kompozisiya göstərilmişdir.   
						
						
						
						Hacı Etibar ƏHƏDOV  |