| 
						 
						
						 Təhsil 
						Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanovanın "Ədəbiyyat 
						dərslərində informasiya və kommunikasiya 
						texnologiyalarından istifadə"  adlı metodik  vəsait   
						çap edilmişdir. Metodik vəsaiti   Təhsil Nazirliyinin 
						Elmi-Metodik Şurasının "Azərbaycan dili və ədəbiyyat" 
						bölməsinin qərarı ilə təsdiq edilmişdir. Bu vəsaitdə 
						şagirdin tədqiqatçılıq, idraki, ictimai bacarıqlarının 
						inkişafı və təlim marağının yüksəlməsində İKT-dən 
						istifadənin əhəmiyyəti araşdırılmışdır. Onun multimedia 
						və İnternet imkanlarının mahiyyəti, istifadə yolları və 
						idarə olunması ədəbiyyatın tədrisinin təşkili baxımından 
						öyrənilmiş və müvafiq tövsiyələr hazırlanmışdır. Eyni 
						zamanda şagirdlərin yaradıcı imkanlarından istifadə 
						etməklə maraqlı və yararlı elektron resursların 
						hazırlanması yolları işlənmişdir. Metodik vəsait 
						ümumtəhsil məktəblərinin ədəbiyyat fənn müəllimləri, 
						metodistləri, ali məktəblərin filologiya fakültəsinin 
						tələbələri və  əlavə təhsilin müvafiq kurslarının 
						müdavimləri üçün nəzərdə tutulmuşdur.  
						
						
						
						Şakir CƏFƏROV  |