| 
						 
						
						Martın 27-də Gənc Vətənpərvərlər Birliyi (GVB) "Narkotiklərdən 
						əl çəkək" devizi altında regionlara avtoturun təşkil 
						olunması və idman yarışlarının keçirilməsi layihəsinə 
						başlamışdır.  GVB-nin mətbuat xidmətindən AzərTAc-a 
						bildirmişlər ki, layihə iyunun 1-dək davam edəcək və bir 
						neçə mərhələdə icra olunması nəzərdə tutulmuşdur.    
						Əvvəlcə maarifləndirmə məqsədi ilə orta ümumtəhsil, orta 
						ixtisas və ali məktəblərdə, idman cəmiyyətlərində 
						gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, 
						sağlam həyat tərzi prinsiplərinə riayət edilməsi, 
						müxtəlif zərərli vərdişlərin təsirinə düşmək 
						istiqamətində riskli davranışlara yol verilməməsi və 
						digər mövzularda seminarlar keçiriləcəkdir.  Atletika 
						üzrə estafet qaçışlar, karate-do üzrə yarışlar təşkil 
						olunacaqdır.  |