| 
						 
						
						Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və 
						dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o 
						cümlədən xalqımızın müstəqillik arzusunun həyata 
						keçməsində, milli dövlətçilik ideyasının 
						gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin 
						yaradılmasında müstəsna rolunu böyüməkdə olan nəslə daha 
						dolğun çatdırmaq məqsədilə   
						
						
						
						ƏMR  EDİRƏM:  
						
						
						1. Ümumtəhsil  məktəblərinin şagirdləri arasında 
						ümummilli lider Heydər Əliyevin anadan olmasının  89-cu 
						ildönümünə həsr olunan "Heydər Əliyev və müstəqil 
						Azərbaycan"  mövzusunda  respublika rəsm müsabiqəsi 
						keçirilsin. 
						
						
						2. Müsabiqənin əsasnaməsi və münsiflər heyətinin tərkibi 
						təsdiq olunsun  (əlavə olunur). 
						
						
						3. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı 
						Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, 
						rayon, şəhər təhsil şöbələrinin müdirləri və nazirliyin 
						birbaşa tabeliyində olan təhsil müəssisələrinin 
						rəhbərləri müsabiqənin yerlərdə keçirilməsini təşkil 
						etsinlər. 
						
						
						4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) 
						müsabiqənin  yüksək səviyyədə təşkili və keçirilməsini 
						təmin etsin.  
						
						
						5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə 
						bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər 
						Yaradıcılıq Sarayının 2012-ci ilə təsdiq olunmuş xərclər 
						smetasının müvafiq xərc maddəsində nəzərdə tutulmuş 
						vəsait  hesabına  müəyyən edilmiş qaydada həyata 
						keçirilsin.     
						
						
						6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan 
						müəllimi" qəzetində dərc etdirsin və əsasnamə ilə 
						birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin. 
						
						
						7. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnaməni çoxaldaraq 
						yerlərə göndərsin. 
						
						
						8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova 
						həvalə edilsin.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						3 aprel 2012-ci il  |