| 
						 
						
						Heydər Əliyev Fondu Litvada ingilis dilində "Azərbaycanı 
						özün üçün kəşf et" (Discover Azerbaijan) mövzusunda esse 
						müsabiqəsi keçirir və fiziki imkanları məhdud olan 9-18 
						yaşlı Litva vətəndaşlarını iştiraka dəvət edir. 
						 
						
						
						Həmçinin Azərbaycanın Litvadakı səfirliyinin 
						nümayəndəsinin, "Eurovision"dakı Litva nümayəndə 
						heyətinin başçısı Audryus Girjadasın daxil olduğu 
						komissiya ən yaxşı 20 esseni seçib müsabiqə 
						iştirakçılarına göndərəcəkdir. Müsabiqə təşkilatçıları 
						Litvadan bir qalib seçəcəklər.  
						
						
						Müsabiqənin qalibi təkcə "Eurovision - 2012" 
						müsabiqəsinin finalına dəvət almayacaq, həm də 
						Azərbaycanın zəngin mədəniyyəti ilə tanışlıq, ölkənin 
						müxtəlif guşələrinə getmək, muzeylərində olmaq imkanı 
						əldə edəcəkdir.   
						
						
						
						AzərTAc   |