| 
						 
						
						 Bu günlərdə Bakı Dövlət Universiteti nəzdindəki "Gənc 
						istedadlar" liseyinin şagirdi Sona Quluzadə Moskva 
						Dövlət Universitetinin Bakı filialında kimya fənni üzrə 
						keçirilən bilik yarışında yüksək nəticə əldə etmiş və bu 
						ilin aprel ayının axırlarında Qazaxıstanın Astana 
						şəhərində keçiriləcək Beynəlxalq Mendeleyev 
						Olimpiadasında iştirak etmək hüququ qazanmışdır. 
						 
						
						
						Qeyd edək ki, S.Quluzadə 1996-cı ildə anadan olub. 
						İngilis və rus dillərində danışan S.Quluzadə dərs 
						əlaçısıdır. O, 2010 və 2011-ci illərdə keçirilən 
						respublika fənn olimpiadalarında kimya fənni üzrə I yeri 
						tutmuşdur.  
						
						
						Niyazi RƏHİMOV   |