| 
						 
						
						Bakıda "Begin Qroup" şirkətinin təşkilatçılığı ilə 
						beynəlxalq təhsil sərgisi keçirilmişdir. 
						
						
						AzərTAc xəbər verir ki, Azərbaycan universitetlərinin 
						tələbələrinin xüsusi maraq göstərdiyi sərgidə Rusiya, 
						Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya və digər 
						ölkələrin ali təhsil müəssisələri öz stendləri ilə 
						təmsil olunmuşlar.  Sərginin məqsədi ölkəmizin ali 
						təhsil müəssisələrində təhsil alan tələbələri xaricdə 
						oxumağın yolları haqqında məlumatlandırmaq və onların 
						düzgün seçim etməsinə yardım etməkdir. 
						
						
						"Begin Qroup" şirkəti belə sərgiləri gələcəkdə də davam 
						etdirmək niyyətindədir.  |