| 
						 
						
						Azərbaycan Memarlıq və İnşaat  Universitetində elmi-tədqiqat   
						və tədris laboratoriyalarının  müasir tələblərə uyğun  
						təchiz edilməsi və maddi-texniki bazanın  
						gücləndirilməsi istiqamətində  ardıcıl işlər görülür. Bu 
						sahədə hazırlanmış xüsusi proqram 7 fakültənin bütün 
						kafedralarını əhatə edir.  
						
						
						Bu günlərdə  universitetdə  praktiki-metodiki işlərin 
						yüksək səviyyədə  həyata keçirilməsi məqsədilə müasir 
						avadanlıqlarla təchiz edilmiş  laboratoriyalar yaradılıb. 
						Hazırda fizika kafedrası üzrə elmi-tədqiqat 
						laboratoriyasında atom qüvvət mikroskopu, optik və 
						maqnitooptik qurğusu vasitəsilə elmi tədqiqat işləri 
						aparılır.   
						
						
						
						S.SƏFƏROVA     |