| 
						 
						
						Azərbaycan Müəllimlər İnstitutunda 31 mart - 
						Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir faciə 
						qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad 
						edilməsi ilə başladı. 
						
						
						 İnstitutun tərbiyə işləri üzrə prorektoru, filologiya 
						üzrə fəlsəfə doktoru Tünzalə Yusifova tarixin qan 
						yaddaşına yazılmış bu soyqırımı haqqında  məlumat 
						verərək bildirdi ki, 31 mart 1918-ci il soyqırımına 
						siyasi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart 
						1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" 
						fərmanı ilə verilmişdir. Tarixin bu dəhşətli səhifəsini 
						hər il dövlətimiz və millətimiz böyük ehtiramla yad edir. 
						
						
						Tədbirdə geniş məruzə ilə çıxış edən dosent Telman 
						Haqverdiyev 31 mart soyqırımının ermənilərin planlı 
						şəkildə həyata keçirdikləri siyasətin bir həlqəsi 
						olduğunu qeyd etdi. O bildirdi ki,  Gülüstan və 
						Türkmənçay sülh müqavilələri ilə başlayan erməni köçləri 
						Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" 
						yaratmaq istəyən erməni millətçilərinin formalaşmasında 
						əsas rol oynadı.  XX əsrin başlanğıcında millətimizə 
						qarşı törədilən kütləvi qanlı hadisələr 1918-ci ilin 
						mart ayında özünün ən ağır dövrünü yaşadı. 
						
						
						Tələbələr  31 mart soyqırımına gənclərin baxışını, 
						onların məlumatlılığını, sosial şəbəkələrdə, virtual 
						aləmdə aktiv şəkildə təbliğatın aparılmasında rolunu 
						diqqətə çatdırdılar.  
						
						
						Tədbirdə 31 mart - Azərbaycanlıların soyqırımı haqqında 
						videogörüntülər nümayiş olundu, müzakirələr aparıldı. 
						  |