| 
						 
						
						 Martın 
						29-da Azərbaycan Respublikası Təhsil və Daxili İşlər 
						nazirlikləri və Beynəlxalq Miqrasiya Təşkilatının birgə 
						təşkilatçılığı ilə 3 nömrəli Gəncə Peşə Liseyində "İnsan 
						alverindən özünü qoru" mövzusunda konfrans keçirildi. 
						
						
						Konfransda Daxili İşlər Nazirliyinin İnsan Alverinə 
						Qarşı Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev, Gəncə 
						Şəhər Baş Polis İdarəsinin, Samux, Göygöl, Daşkəsən 
						polis şöbələrinin və qeyri-hökumət təşkilatlarının 
						nümayəndələri, şəhərin ilkin peşə təhsili 
						müəssisələrinin işçiləri, şagirdləri və digər qonaqlar 
						iştirak edirdilər. 
						
						
						İlkin peşə təhsili müəssisələrində oxuyan şagirdlərin 
						maarifləndirilməsi məqsədilə keçirilən konfransı liseyin 
						direktoru Alı Əliyev açaraq qeyd etdi ki, bir çox 
						gənclər təhsillərini davam etdirmək, iş tapmaq, əcnəbi 
						vətəndaşla nigah bağlamaq məqsədilə xarici ölkələrə 
						miqrasiya edirlər. Lakin əksər hallarda onlar öz 
						arzularına qovuşmaq üçün kifayət qədər məlumatlı 
						olmurlar. 
						
						
						Konfransda Daxili İşlər Nazirliyinin əməkdaşı Fuad 
						Əliyev xarici ölkə vətəndaşları tərəfindən iş, təhsil, 
						ailə qurmaq təklifi aldıqda həmin sahələr üzrə hansı 
						məlumata malik olmağın zəruriliyi barədə danışdı. Daha 
						ətraflı məlumat almaq üçün "Qaynar xətt" xidmətindən 
						yararlanmağı tövsiyə etdi və "Qaynar xətt"in telefon 
						nömrələrini konfrans iştirakçılarının diqqətinə çatdırdı. 
						
						
						"Uşaqlara yardım" qeyri-hökumət təşkilatının sədri 
						M.Abbasova rəhbərlik etdiyi qurumun gördüyü işlərdən 
						bəhs etdi. Təşkilata müraciət edən insan alveri 
						qurbanlarının acınacaqlı taleyindən nümunələr göstərildi. 
						
						
						Sonda DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi 
						tərəfindən hazırlanmış videoçarx nümayiş etdirildi.  
						
						
						
						Hicran ƏKBƏROVA   |