| 
						 
						
						
						Naxçıvan Müəllimlər İnstitutunda 
						31 mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş 
						elmi-praktik konfrans keçirilmişdir. Soyqırımı 
						qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad 
						edildikdən sonra tədbiri giriş sözü ilə  institutun 
						rektoru, professor Oruc Həsənli açaraq ermənilərin və 
						onların havadarlarının xalqımıza qarşı həyata 
						keçirdikləri soyqırımı, torpaqlarımızda törətdikləri 
						qanlı faciələr barədə  həqiqətləri faktlarla diqqətə 
						çatdırmışdır. Bildirilmişdir ki, erməni millətçilərinin 
						xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa 
						vasitələrlə yürütdüyü siyasətin  məqsədi 
						azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb 
						çıxarmaq, yeni ərazilər ələ keçirməklə "Böyük Ermənistan" 
						dövləti yaratmaq olmuşdur. 1918-ci ilin mart qırğını da 
						bu siyasətin nəticəsidir. Həmin il Bakıda başlanan və 
						Azərbaycanın digər bölgələrində davam etdirilən 
						soyqırımlarda minlərlə insan vəhşicəsinə öldürülmüşdür. 
						Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 
						martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı 
						haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 
						qanlı faciəyə siyasi qiymət verildi. Ulu öndərin 
						qətiyyətli və məqsədyönlü siyasi kursunu ölkə başçısı 
						cənab İlham Əliyev uğurla davam etdirir.  
						
						
						Çıxışlarda qarşımızda duran bütün problemlərin həllinə, 
						o cümlədən torpaqlarımızın ərazi bütövlüyünün bərpasına 
						nail olacağımıza əminlik ifadə olunmuşdur.  
						
						
						Tələbələr soyqırımı qurbanlarına həsr olunmuş şeirləri 
						söyləmişlər.   
						
						
						
						***  
						
						
						
						Naxçıvan Özəl Universitetində 
						31 mart -Azərbaycanlıların soyqırımı ilə bağlı keçirilən 
						elmi-praktik konfransda  ali təhsil ocağının tərbiyə 
						işləri üzrə prorektoru Əli Yusifov çıxış edərək  
						soyqırımın tarixindən, bu illər ərzində dünya 
						ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması 
						istiqamətində respublikamızda görülmüş işlərdən, 
						ümummilli liderimiz Heydər Əliyevin soyqırımla əlaqədar 
						imzaladığı fərmanın əhəmiyyətindən danışmışdır. 
						 
						
						
						Konfransda erməni millətçilərinin və daşnaklarının "Böyük 
						Ermənistan" yaratmaq xülyası ilə zaman-zaman yeni-yeni 
						fəlakətlər törətmələrindən, soyqırımı və deportasiyaya 
						məruz qalmış xalqımızın başına gətirilən müsibətlər 
						barədə məlumat verilmiş, xalqımızın bu məsələlərin 
						beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən 
						tezliklə həqiqi qiymət alacağına əmin olduğu 
						bildirilmişdir.   
						
						
						
						Nuray ƏSGƏROVA  |