| 
						 
						
						  Orta 
						ixtisas təhsili müəssisələrinin tələbələri arasında 
						ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu 
						ildönümünə həsr olunmuş ifa üzrə I respublika 
						müsabiqəsinə yekun vurulub. 
						
						
						Qeyd edək ki, Təhsil Nazirliyinin 24 oktyabr 2011-ci il 
						tarixli, 1698 nömrəli əmri ilə keçirilmiş müsabiqənin 
						kollecdaxili və zona mərhələlərinə yüzlərlə tələbə 
						qatılıb. Müsabiqənin keçirilməsində əsas məqsəd xüsusi 
						istedada malik olan gəncləri üzə çıxarmaq, orta ixtisas 
						təhsili müəssisələrinin tələbələri arasında musiqiyə, 
						şeirə olan marağı artırmaq, Azərbaycan bəstəkarlarının 
						əsərlərinin, xalq mahnılarının və milli rəqslərin 
						öyrənilməsi istiqamətində aparılan işləri daha da 
						genişləndirməkdən ibarət olub. 
						
						
						Müsabiqənin respublika mərhələsinin münsiflər heyətində 
						tanınmış mədəniyyət və incəsənət xadimləri, uşaq 
						yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri təmsil 
						olunublar.   |