| 
						 
						
						Azərbaycan Respublikası Prezidentinin "Dahi Azərbaycan 
						şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik 
						yubileyinin keçirilməsi haqqında" 23 dekabr 2011-ci il 
						tarixli, 1927 nömrəli Sərəncamının icrası ilə əlaqədar   
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsinə 
						dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin 
						(əlavə olunur). 
						
						
						2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil 
						şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas, 
						ilk-peşə ixtisas təhsili müəssisələrinin rəhbərləri 
						tədbirlər planının  icrasını təmin etsinlər və görülmüş 
						işlər barədə  25 noyabr 2012-ci il tarixinədək  
						nazirliyə məlumat versinlər. 
						
						
						3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan 
						müəllimi" qəzetində dərc olunmasını və nazirliyin 
						İnternet səhifəsində yerləşdirilməsini  təmin etsin. 
						
						
						5. Ümumi şöbə (X.Fərəcov) əmr və  tədbirlər planının 
						çoxaldılıb  yerlərə göndərilməsini təmin etsin. 
						 
						
						
						6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova 
						həvalə olunsun.    
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						27 aprel 2012-ci il  |