| 
						 
						
						Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu 
						ildönümü münasibətilə  Naxçıvan Müəllimlər İnstitutunda 
						"Müasir təlim metodları və yeni pedaqoji  texnologiyanın  
						təlim-tərbiyə prosesində tətbiqi" mövzusunda elmi-praktik 
						konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə 
						institutun rektoru, professor Oruc Həsənli açaraq yeni 
						təlim metodlarının strukturu, səciyyəvi xüsusiyyətləri, 
						yaranma səbəbləri və fənn kurikulumlarının tətbiqinin 
						əhəmiyyəti  barədə danışmışdır. Qeyd olunmuşdur ki, 
						2004-cü ildən mütəmadi olaraq keçirilən konfransın 
						məqsədi  təhsil islahatları və fənn kurikulumları ilə 
						bağlı  ali və orta ümumtəhsil müəllimlərinin öz işlərini 
						yeni təlim metodları əsasında  qurmalarından ibarətdir.
						 
						
						
						Sonra institutun pedaqogika və psixologiya kafedrasının 
						baş müəllimi Lalə Allahverdiyevanın "Heydər Əliyev 
						şəxsiyyəti siyasi-mənəvi tariximizin zirvəsi kimi", 
						dillər və ədəbiyyat kafedrasının baş müəllimi Həsənəli 
						Eyvazovun "Təhsil islahatını zəruri edən səbəblər və 
						ədəbiyyat fənni kurikulumu" və Naxçıvan şəhər 9 nömrəli 
						tam orta məktəbin müəllimi Ruhiyyə Əliyevanın  "İbtidai 
						siniflərin Ana dili təlimində milli kurikulumla əlaqədar 
						inteqrasiyaya aid bəzi mülahizələr" mövzusunda çıxışları 
						dinlənilmişdir.  
						
						
						Konfrans öz işini 3 bölmədə - "Humanitar və pedaqoji", "Dillər 
						və ədəbiyyat, onların tədrisi metodikası", "Təbiət 
						elmləri və onların tədrisi metodikası" istiqamətində 
						aparmışdır.  
						
						
						Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti 
						  |