| 
						 
						
						Müstəqil  Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi,  
						ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu 
						ildönümü ilə əlaqədar  olaraq Bakıdakı 310 nömrəli tam 
						orta məktəbin akt zalında tədbir keçirildi. Dövlət 
						himninin səslənməsindən sonra ümummilli lider Heydər 
						Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  
						Mərasimi giriş sözü ilə məktəbin direktoru  Rəsmiyə 
						Quliyeva  açaraq ümummilli lider Heydər Əliyevi 
						xalqımızın taleyində, iqtisadi, siyasi, mənəvi həyatında 
						misilsiz xidmətlər göstərən dahi şəxsiyyət kimi 
						səciyyələndirdi. Qeyd etdi ki,  Heydər Əliyev 
						şəxsiyyətinin müdrikliyi, böyüklüyü ondadır ki, onun 
						ideyaları, əməli fəaliyyəti təkcə bu günlə 
						məhdudlaşmamış, həm də uzaq gələcəyə ünvanlanmışdır. 
						Aparıcılar dahi şəxsiyyətin həyatı haqqında tədbir 
						iştirakçılarına geniş məlumat verdilər.  Məktəbin 
						şagirdlərindən Rəsul, Zəkiyə, Aytac, Ülvi  və başqaları 
						ulu öndərə həsr olunan şeir söylədilər və mahnı ifa 
						etdilər.   
						
						
						Tədbirdə çıxış edən qonaqlar müstəqil Azərbaycanın 
						yaradıcısı Heydər Əliyevin dövlətçilik ideyalarının yeni 
						nəsillər üçün örnək olduğundan bəhs etdilər.  
						
						
						Sonda  ulu öndərə həsr olunmuş "Heydər Əliyevin ömür 
						yolu" adlı film nümayiş olundu.   |