| 
						 
						
						Vətənimizin hər bir guşəsində olduğu kimi, Salyan 
						rayonunun A.Kərimov adına Boranıkənd kənd tam orta 
						məktəbində də ulu öndər Heydər Əliyevin anadan olmasının 
						89-cu ildönümü münasibətilə "Dilimiz milli varlığımızdır" 
						adlı tədbir keçirilib. 
						
						
						Tədbiri giriş sözü ilə məktəbin direktoru R.Quliyev 
						açaraq, ulu öndər,  dünya şöhrətli siyasətçi, müstəqil 
						Azərbaycanın qurucusu  Heydər Əliyevin Azərbaycan dilinə, 
						Azərbaycan təhsilinə göstərdiyi böyük diqqət və qayğıdan 
						danışıb. 
						
						
						Sonra məktəb şagirdlərinin dil haqqında bilik yarışı 
						olub. Onlar ümummilli lider Heydər Əliyevin, Şah İsmayıl 
						Xətainin, Firudin bəy Köçərlinin Azərbaycan dili 
						haqqında müdrik fikirlərini və şairlərimizin  
						şeirlərindən nümunələr söyləyiblər. 
						
						
						Bu maraqlı yarışda  V və VII sinif şagirdləri 
						fərqləniblər. Dil-ədəbiyyat müəllimi A.Babayevanın əməyi 
						də məktəb rəhbərliyi tərəfindən yüksək 
						qiymətləndirilib.  
						
						
						Aysel SƏLİMOVA  |