| 
						 
						
						 Bu günlərdə Bakının Sabunçu rayonundakı 137 nömrəli tam 
						orta məktəbin VI sinif şagirdləri neft milyonçusu 
						Murtuza Muxtarovun təməlini qoyduğu Nəbatat Bağına 
						ekskursiya ediblər. Onlar burada öncə Murtuza Muxtarov 
						haqqında qısa məlumat alıblar.  
						
						
						Sonra şagirdlər Nəbatat Bağında xarici ölkələrdən 
						gətirilib burada yetişdirilən saysız-hesabsız nadir 
						bitki növləri ilə tanış olublar. Bu bağda yetişdirilən 
						və maraqlı növlərdən olan aqava bitkisi 12 ildən bir 
						çiçək açır, sonra da məhv olur. Aspirdisra bitkisini isə 
						digər bitkilərdən fərqləndirən maraqlı xüsusiyyəti 
						çiçəyini torpağın altında açmasıdır. Bundan başqa 
						şagirdlər burada bənövşə, kənar xurması, şeytan ağacı, 
						yuka, məsin, vitiks və s. bitkilər barədə də ətraflı 
						məlumatlar əldə ediblər 
						
						
						Onlar Nəbatat Bağına bu maraqlı ekskursiyanı təşkil 
						etdiyinə görə biologiya müəllimləri Rüsxarə xanıma 
						təşəkkür ediblər.  
						
						
						
						ƏDALƏT  |