| 
						 
						
						 Bakıdakı 
						54 nömrəli  tam orta məktəbdə ulu öndər Heydər Əliyevə 
						həsr olunmuş "Müdriksən, ucasan, əbədisən qəlbimizdə" 
						adlı tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları 
						məktəbin foyesində ulu öndərə həsr olunmuş şagirdlərin 
						əl işlərindən ibarət guşə ilə tanış oldular. Qonaqlar 
						ümummilli liderə həsr  olunan "açıq dərs"lərdə iştirak 
						etdilər. Şagirdlərin ifasında Dövlət himni səsləndirildi. 
						Üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi. Ümummilli 
						lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik 
						sükutla yad edildi.  
						
						
						Tədbiri giriş sözü ilə məktəbin direktoru Sahibə 
						Abbasova açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan 
						xalqına göstərdiyi misilsiz xidmətlərdən söz açdı.
						 
						
						
						Meydan istedadlı şagirdlərə verildi. Onlar ulu öndəri 
						çox sevdiklərini və ömür boyu bu sevginin 
						tükənməyəcəyini bildirdilər. Şagirdlər ümummilli liderə 
						həsr olunan mahnılar ifa etdilər  və şeirlər söylədilər.
						 
						
						
						Çıxış edənlər ulu öndərin həyat yolu haqqında geniş 
						məlumat verdilər.  
						
						
						Sonra təhsil ocağında keçirilən ulu öndər Heydər Əliyevə 
						həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri 
						mükafatlandırıldı. Tədbir ulu öndər Heydər Əliyevə həsr 
						olunmuş filmin nümayişi ilə başa çatdı.   
						
						
						Rəşad ZİYADOV  |