| 
						 
						
						 Dövlət 
						Dəmir Yolu Liseyi 1923-cü ilin  mart ayında 
						dəmiryolçular məktəbi kimi  yaradılıb. Fəaliyyət 
						göstərdiyi müxtəlif dövrlərdə dəfələrlə adı dəyişilsə də, 
						məktəbin profili olduğu kimi qalıb. Lisey 1967-ci ildən 
						Azərbaycan Dövlət Dəmir Yolu ilə yanaşı, Bakı 
						Metropoliteni üçün də ixtisaslı kadrlar hazırlamağa 
						başlayıb. İndiyə kimi  40 minə qədər məzunu olmuş 
						liseydə   işləyən müəllim və şagirdlər dəfələrlə Çexiya, 
						Polşa Bolqarıstan, Ukrayna və Rusiya Federasiyasında 
						təcrübə mübadiləsində olaraq öz bilik və  bacarıqlarını 
						artırmışlar.  
						
						
						Liseyin direktoru, əməkdar mühəndis Fərrux  Abbasov 
						bildirdi   ki, rəhbərlik etdiyi pedaqoji kollektiv  
						yeni-yeni  uğurlara imza atmaq üçün səylə çalışır.  
						Artıq lisey  Rusiya Federasiyasının Buryatiya 
						Respublikasının paytaxtı Ulan-Ude şəhərindəki 1 nömrəli 
						peşə liseyi ilə əməkdaşlıq haqqında müqavilə  bağlayıb.  
						Nəticədə təhsil ocağında ixtisaslı kadrların 
						keyfiyyətinin yüksəldilməsi sahəsində ciddi  işlər gedir. 
						Bu gün liseydə şagirdlər stansiya köməkçisi, 
						elektrovozun və  metropolitenin maşinist köməkçisi 
						ixtisaslarına həvəslə yiyələnirlər. Həm də pedaqoji 
						kollektiv növbəti ildə Dəmir Yolu  Liseyinin 90 illiyini  
						yüksək səviyyədə  qeyd  etmək üçün hazırlıq işlərinə  
						başlayıb.   
						
						
						
						Şakir CƏFƏROV  |