| 
						 
						
						"Mədəd-Azərbaycan" və "Microsoft-Azərbaycan" 
						təşkilatlarının əməkdaşlığı çərçivəsində ümumi təhsil 
						məktəblərində təhsilin keyfiyyətinin və müəllimlərin 
						peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş "Həmkara 
						dəstək" layihəsi üzrə təlimlərə başlanıb. Müvafiq 
						təlimlər Bakı, Sumqayıt, Bərdə, Qax, Quba şəhərlərində 
						keçirilir. Hazırda bu təlimlər Bakı şəhərində 7, 220 və 
						285 nömrəli tam orta məktəblərdə davam edir. 
						
						
						Məlumat üçün bildiririk ki, "Həmkara dəstək" layihəsi 
						müxtəlif dünya ölkələrində həyata keçirilir və 
						Azərbaycan bu şəbəkəyə qoşulan 50-ci ölkədir. 
						"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil 
						sisteminin  informasiyalaşdırılmasi üzrə Dövlət Proqramı" 
						çərçivəsində keçirilən layihənin əsas məqsədi 
						müəllimləri fəallaşdırmaq, onlara metodiki məsləhətlər 
						vermək və müasir texnologiyaların təlim və tədris 
						prosesinə səmərəli tətbiqini təmin etmək üçün 
						məktəblərdə dayaq nöqtələri, yəni həmkar müəllimlər 
						hazırlamaqdır. "Həmkara dəstək" tədrisin və müəllimlərin 
						peşəkarlıq səviyyələrinin yüksəldilməsinə yönəlmiş 
						peşəkar inkişaf metodudur.  
						
						
						Təlimlər vasitəsilə həmkar müəllimlər məktəblərdə 
						çalışan digər müəllimlərə informasiya və kommunikasiya 
						texnologiyalarının təhsildə istifadəsi üzrə praktiki 
						məsləhət və istiqamətlər verirlər. Bu isə son nəticədə 
						təhsilin keyfiyyətinin artmasına səbəb olur.  
						
						
						Yusif ƏLİYEV  |