| 
						 
						
						Azərbaycan Respublikası Prezidentinin "Görkəmli 
						Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və 
						ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik 
						yubileyinin keçirilməsi haqqında" 10 aprel 2012-ci il 
						tarixli, 2150 nömrəli Sərəncamının icrasını təmin etmək 
						məqsədilə   
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Məmməd Səid Ordubadinin 140 illik  yubileyinin 
						keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil 
						Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə 
						olunur). 
						
						
						2. Ali təhsil müəssisələrinin rəhbərləri tədbirlər 
						planının icrasını təmin etsinlər və görülmüş işlər 
						haqqında məlumatı 25 noyabr 2012-ci il tarixinə qədər 
						Təhsil Nazirliyinə təqdim etsinlər.  
						
						
						3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali və orta 
						ixtisas təhsili (İ.Mustafayev) şöbələri əmrdən irəli 
						gələn məsələləri həll etsin. 
						
						
						4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin 
						"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin 
						etsin  və tədbirlər planı ilə birlikdə nazirliyin  
						İnternet səhifəsində yerləşdirsin. 
						
						
						5. Ümumi şöbə (X.Fərəcov)  əmr  və tədbirlər planının 
						çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin. 
						 
						
						
						6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova 
						həvalə olunsun.    
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						21 may 2012-ci il  |