| 
						 
						
						Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 
						keçirilən "Elektron təhsil" Respublika müsabiqəsinin 
						növbəti mərhələsində 113 layihə nominant statusu uğrunda 
						mübarizəni davam etdirəcək.  "İKT-dən istifadə etməklə 
						qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası 
						üzrə 36,  "İbtidai təhsildə İKT-dən istifadə üzrə ən 
						yaxşı metodika" nominasiyası üzrə 28, "Fənlərin 
						tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika" 
						nominasiyası üzrə 34, "Müəllimlərin bloqları" 
						nominasiyası üzrə 8, "Təhsildə İnternet texnologiyaları" 
						nominasiyası üzrə 7 layihə növbəti mərhələyə vəsiqə 
						qazanmışdır.  
						
						
						Müsabiqəyə təqdim olunmuş 1092 layihədən yalnız 819-u 
						meyarlara uyğun olaraq qəbul edilmişdir.  
						
						
						Müsabiqəyə   aid   olan   bütün   məlumatlar   
						müsabiqənin rəsmi İnternet-səhifəsi olan
						
						www.musabiqe.edu.az ünvanında yerləşdirilmişdir. 
						İnternet-səhifədə müsabiqədə iştirak edən layihələrin 
						müzakirəsi və fikir mübadiləsi üçün qeydiyyat 
						sadələşdirilmişdir. Belə ki, müsabiqənin rəsmi İnternet 
						səhifəsində  3402 müəllim, 1150 tələbə, 2631 şagird, 382 
						valideyn və 886 təhsil üzrə mütəxəssis qeydiyyatdan 
						keçmişdir. 
						
						
						Müsabiqə "Təhsildə İnternet texnologiyaları" və "Müasir 
						məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə 
						təşkil olunmuşdur. Müsabiqənin keçirilməsində əsas 
						məqsəd elektron tədris resurslarından, İnternet  
						texnologiyalardan  tədris prosesində istifadəni 
						genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini 
						məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən 
						istifadənin yeni formalarını üzə çıxarmaq və tədris 
						prosesində informasiya texnologiyalarından fəal istifadə 
						edən müəllimləri həvəsləndirməkdən ibarətdir. 
						
						
						
						Y.ƏLİYEV  |