| 
						 
						
						 Səbail 
						Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Monte-Kristo" 
						şadlıq sarayında   əlil və sağlamlığı məhdud olan, İcma 
						əsaslı reabilitasiya mərkəzində xidmət göstərilən, 
						müxtəlif uşaq evlərində tərbiyə alan, həmçinin  rayonun 
						aztəminatlı ailələrinin uşaqları üçün əyləncəli bayram 
						tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan 
						Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 
						burada iştirak edən bütün uşaqları və onların 
						valideynlərini 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü 
						münasibəti ilə təbrik etmiş, onlara cansağlığı, xoşbəxt 
						həyat və səadət arzulamışdır. Bu günün yaranma tarixi 
						haqqında məlumat verən A.Əsgərov bildirmişdir ki, 
						Azərbaycanda uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət 
						və qayğı ilə əhatə olunmuşlar. 
						
						
						Qeyd olunmuşdur ki, Azərbaycanda uşaq siyasətinin əsası 
						ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 
						Azərbaycanlı uşaqlar hər il Heydər Əliyevlə olan 
						görüşlərdə hədsiz sevinclə iştirak edir və böyük ilham 
						alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında 
						əbədi iz qoymuşdur.  
						
						
						Ümummilli lider Heydər Əliyevin yaratdığı və nəsillər 
						üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam 
						etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 
						uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, 
						Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin daim 
						yaşayacağına və azərbaycanlı uşaqların taleyində 
						əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkə 
						başçısının 2009-cu ilin lUşaq ili» elan olunması ilə 
						bağlı sərəncamı Azərbaycan dövlətinin uşaqlara sonsuz 
						qayğısının bariz təzahürü sayılmalıdır. 
						
						
						Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun fəaliyyəti  
						Azərbaycanın  gələcəyi olan uşaqlara yüksək qayğı 
						nümunəsidir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" 
						layihəsi əsasında ötən illər ərzində respublikamızın ən 
						müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası 
						tikilib istifadəyə verilmiş, körpələr evi, uşaq bağçası 
						və internat-məktəb əsaslı təmir olunmuşdur. Bu gün 
						dövlətimiz hər bir azərbaycanlı uşağın yüksək sosial-mənəvi 
						mühitdə böyüməsinə çalışır. Məqsəd uşaqların layiqli, 
						firavan yaşayışının, təlim-tərbiyəsinin, təhsilinin, 
						sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə 
						təşkil edilməsidir.    
						
						
						Tədbir tanınmış müğənnilərin ifasında konsert proqramı 
						ilə davam etdirilmiş, sonda uşaqlara hədiyyələr 
						paylanmışdır.  
						
						
						
						Hicran ƏKBƏROVA  |