| 
						 
						
						İyunun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində 
						15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir 
						keçirilib. ADPU-nun rektoru, Azərbaycan Milli Elmlər 
						Akademiyasının müxbir üzvü, professor  Yusif Məmmədov 
						əlamətdar gün münasibətilə kollektivi təbrik edib və  
						tədbirin əhəmiyyətindən danışıb.  
						
						
						Bildirilib ki, 15 iyun  xalqımızın qurtuluş 
						mübarizəsinin təntənəsi və qələbə çaldığı bir gündür. Bu 
						tarixi gün, eyni zamanda Azərbaycan dövlətçiliyinin 
						xilası günüdür. Həmin gün xalqımız ümummilli lider 
						Heydər Əliyevin böyük müdrikliyi, qətiyyəti, siyasi 
						uzaqgörənliyi, gərgin səyləri və fədakarlığı sayəsində 
						vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, sabitlik 
						və tərəqqi yoluna çıxmış, ölkəmizdə əsl hüquqi, 
						demokratik, dünyəvi dövlət quruculuğunun bünövrəsi 
						qoyulmuşdur.  
						
						
						Sonra  ADPU-nun türk və Şərqi Avropa xalqları tarixi və 
						tarixin tədrisi metodikası kafedrasının professoru Mais 
						Əmrahov, tarix fakültəsinin magistrantı Təhminə 
						Yarəliyeva və digər çıxış edənlər də ulu öndər Heydər 
						Əliyevin tarixi xidmətlərindən danışıblar.  
						
						
						
						Şakir CƏFƏROV  |