| 
						 
						
						Heydər Əliyev öz məğrur səsilə dünyanın bütün 
						dövlətlərinin ali kürsülərindən cəsarət və mərdliklə öz 
						fikirlərini belə bəyan etdi: "Azərbaycanın müstəqilliyi 
						dönməzdir, əbədidir. Azərbaycan  bundan  sonra  heç  
						zaman, heç bir dövlətin vassalı və müstəmləkəsi 
						olmayacaqdır". 
						
						
						Azərbaycan Müəllimlər İnstitutunun  Şamaxı filialında 
						ulu öndər Heydər Əliyevin xatirəsi bir daha  yad  
						edilərək  15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş 
						tədbir keçirildi. Tədbir Milli  Qurtuluş Gününə həsr 
						olunmuş filmin nümayişi ilə başladı. 
						
						
						Tədbiri giriş sözü ilə AMİ-nin Şamaxı filialının 
						direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru 
						T.Yusifova  açaraq bildirdi ki, 1993-cü ilin may-iyun 
						aylarında Azərbaycan xalqı öz tarixinin ən ağır 
						günlərini yaşayırdı. Birinci Qarabağ müharibəsində böyük 
						itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, dövlət 
						rəhbərliyindəki çəkişmələr xalqın səbir kasasını 
						daşdırırdı. O dövrki hakimiyyətin  səriştəsizliyi və 
						iradəsizliyi üzündən xalq arasında qiyam getdikcə daha 
						geniş miqyasda yayılaraq vətəndaş müharibəsi  xarakteri 
						almışdı. 
						
						
						1993-cü il iyun ayının 15-də ulu öndərimiz Heydər Əliyev 
						xalqın tələbi ilə Bakıya gələrək Ali Sovetin sədri 
						vəzifəsinə seçildi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə 
						hadisələrin gedişində həlledici dönüş baş verdi. Müdrik 
						dövlət xadimi vətəndaş müharibəsi təhlükəsini aradan 
						qaldırdı.  
						
						
						Tədbirdə filialın dosenti, tarix elmləri üzrə fəlsəfə 
						doktoru Mayıl Alıcanov "Müstəqilliyə gedən şərəfli yol", 
						ümumelmi fənlər kafedrasının əməkdaşlarından Sabir 
						Ələkbərov "Qayıdışdan inkişafa  doğru", Zərifə Cavadova 
						"Möhtəşəm qayıdış", Şasəddin Mikayılov "Müstəqilliyimiz 
						əbədidir" mövzularında çıxış edərək Qurtuluş gününə həsr 
						olunmuş bu bayramın əhəmiyyətindən  danışdılar.  
						 
						
						
						Tədbirdə filialın tələbələri adından I kurs tələbəsi 
						Nərminə Hüseynova və II kurs tələbəsi Xaliq Tapdıqzadə 
						çıxış etdilər.   |