| 
						 
						
						İyunun 12-də  Bakıda fəaliyyət göstərən  Misir 
						Mədəniyyət Mərkəzinin  dəstəyi, Bakı Rəsm Qalereyası və 
						"Esmeralda" Uşaq və Yeniyetmə  Yaradıcılıq Studiyasının  
						təşəbbüsü ilə "Dürrə ağacı" adlı rəsm sərgisi keçirilib. 
						Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına 
						sərgi salonunda  baş tutan sərgidə 100-dən artıq əsər 
						nümayiş etdirilib. Əsərlər  azərbaycanlı və misirli uşaq 
						və yeniyetmələrə məxsus olub. 25 azərbaycanlı və 15 
						misirli rəssamın iştirak etdiyi sərgidə hər iki ölkənin 
						tarixi keçmişini, milli bayramlarını, memarlıq 
						abidələrini əks etdirən yağlı və sulu boya, qarışıq 
						texnika üslubunda çəkilən əsərlər təqdim edilib. Sərgi 
						iştirakçılarına diplomlar, hədiyyələr və sərgini özündə 
						əks etdirən rəngli kataloqlar təqdim olunub. 
						
						
						
						Sifai SƏFƏROVA  |