| 
						 
						
						Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü 
						dillərində aparılan, ləzgi dili və azsaylı xalqların 
						dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün  
						2012-2013-cü dərs ilinə aid aşağıdakı tədris planları 
						təsdiq edilsin:  
						
						
						1. Ümumtəhsil məktəblərinin I-V sinifləri üçün tədris 
						planları (1, 2, 3, 4, 5 nömrəli əlavələr). 
						
						
						2. Ümumtəhsil məktəblərinin VI-XI sinifləri üçün tədris 
						planları (6, 7, 8, 9, 10 nömrəli əlavələr). 
						
						
						3. Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil 
						məktəblərinin I-IV sinifləri üçün tədris planları (11, 
						12 nömrəli əlavələr). 
						
						
						4. Tədris planlarına dair "Qeydlər" (13 nömrəli əlavə). 
						
						
						5. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə 
						ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi 
						(Ş.Əliyev), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) 
						tədris planlarının çap olunub vaxtında yerlərə 
						çatdırılmasını təmin etsinlər. 
						
						
						6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin 
						əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində və 
						"Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin 
						etsin. 
						
						
						7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						10 iyul 2012-ci il   |