| 
						 
						
						Əlavə 13  
						
						
						
						1. 
						Azərbaycan Respublikasının ümumtəhsil məktəbində tədrisi 
						nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, 
						fransız, rus, ərəb, fars dilləri arasından seçilir. 
						
						
						
						2. 
						Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil 
						məktəblərində xarici dilin tədrisi I (birinci) sinifdən 
						başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici 
						dil uşağın məktəbdə öyrəndiyi əsas xarici dil hesab 
						edilir. 
						
						
						
						3. 
						Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq 
						pedaqoji kadr potensialının və maddi-tədris bazanın 
						olması zəruri şərt hesab edilir. 
						
						
						
						4. 
						Bu "Qeydlər"in 3-cü bəndində nəzərdə tutulan şərt 
						ödənilməklə bir neçə xarici dil tədris olunan məktəbdə 
						övladı üçün müvafiq xarici dil onun valideyni (digər 
						qanuni nümayəndəsi) tərəfindən seçilir. 
						
						
						
						5. 
						Valideynlərin (digər qanuni nümayəndələrin) seçimi ilə 
						bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil 
						qrupu təşkil oluna bilər. Bu halda aşağıdakılar nəzərə 
						alınmalıdır: 
						
						
						5.1. Həmin sinfin bu "Qeydlər"in 19-cu bəndində nəzərdə 
						tutulmuş qayda üzrə  2 qrupa bölünməsi. 
						
						
						5.2. Bu qrupların bərabər şagird sayı, yaxud qismən az 
						say fərqi ilə komplektləşdirilməsi. 
						
						
						5.3. Məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı 
						iki nəfər müəllimin olması. 
						
						
						
						6. 
						Azərbaycan Respublikası Nazirlər Kabinetinin  103 
						nömrəli, 3 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq 
						edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və 
						proqramları (kurikulumları)" sənədinə əsasən, ümumtəhsil 
						məktəblərinin ümumi orta və tam orta təhsil 
						səviyyələrində tədris olunan fənlərin siyahısına ikinci 
						xarici dil daxil edilmişdir. 
						
						
						
						7. 
						İkinci xarici dil 2012-2013-cü dərs ilindən etibarən V (beşinci) 
						siniflərdən başlayaraq tədris olunur. 
						
						
						
						8. 
						Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu 
						halda, ikinci xarici dilin öyrənilməsindən imtina 
						olunması yolverilməzdir. 
						
						
						
						9. 
						İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə 
						əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil 
						müəssisələrindən müəllim (mütəxəssis) dəvət oluna bilər. 
						
						
						
						10. 
						I və V (birinci və beşinci) siniflərdən başlayaraq 
						tədris edilən xarici dillərin növbəti siniflərdə 
						dəyişdirilməsinə qətiyyən yol verilmir. 
						
						
						
						11. 
						Xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr 
						potensialı olmadığı halda:  
						
						
						11.1. İbtidai siniflərdə xarici dilə ayrılan saat ana 
						dilinin (tədris dili) tədrisinə verilir. 
						
						
						11.2. V (beşinci) sinifdə xarici dilə ayrılan saatlar 
						hər birinə 1 (bir) saat olmaqla ana dili (tədris dili), 
						"Ədəbiyyat" və "Riyaziyyat" fənlərinin tədrisinə verilir. 
						
						
						11.3. VI-XI (altıncı-onbirinci) siniflərdə xarici dilə 
						ayrılan saatların digər fənlərin tədrisinə verilməsi 
						(hər birinə 1 (bir) saatdan artıq olmamaq şərtilə) 
						məsələsi məktəb pedaqoji şurasının qərarına əsasən həll 
						edilir. Bu halda həmin fənlərdən ixtisaslı pedaqoji 
						kadrların olması nəzərə alınır. 
						
						
						11.4. İkinci xarici dilə ayrılan saat əsas xarici dilin 
						öyrənilməsinə, ümumiyyətlə xarici dil keçilməyən 
						məktəblərdə isə "Texnologiya" fənninin tədrisinə 
						verilir. 
						
						
						
						12. 
						Tərkibində III (üçüncü) və ya IV (dördüncü) sinif olan 
						komplekt siniflərdə ana dili (tədris dili) 10 (on) saat, 
						"Həyat bilgisi" və "Texnologiya" fənlərinin hər biri 2 
						(iki) saat tədris olunur. 
						
						
						
						13. 
						Dərsdənkənar, fakültativ məşğələ qrupları və dərnəklər 
						şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmamaq şərti 
						ilə komplektləşdirilir. 
						
						
						
						14. 
						İbtidai siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış 
						saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə 
						xarici dil tədris olunan məktəblərdə (iki xarici dil 
						qrupuna bölünən siniflər istisna edilməklə) müvafiq 
						xarici dilin tədrisinə, xarici dil tədris edilməyən 
						məktəblərdə və iki xarici dil qrupuna bölünən siniflərdə 
						isə şagirdlərin ana dili (tədris dili) üzrə nitq 
						mədəniyyətinin inkişafına ayrılır. 
						
						
						Hər iki halda müvafiq mövzular aidiyyəti fənn 
						müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin 
						(idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq 
						edilir. 
						
						
						Təhsil Nazirliyinin "Ümumtəhsil məktəblərində "Şahmat" 
						fənninin tədrisinin davam etdirilməsi haqqında" 3 iyul 
						2012-ci il tarixli, 1258 nömrəli əmri ilə təsdiq olunmuş 
						pilot ümumtəhsil məktəblərində II (ikinci) və III 
						(üçüncü) siniflər üçün nəzərdə tutulmuş dərsdənkənar 
						məşğələ saatlarından 1 (bir) saatı dərs cədvəlinə daxil 
						edilməklə "Şahmat" fənninin tədrisinə verilir (həmin 
						əmrin 2, 3 və 4-cü bəndləri). 
						
						
						
						15. 
						I-V (birinci-beşinci) siniflərdə dərsdənkənar 
						məşğələlərə, VI-XI (altıncı-onbirinci) siniflərdə 
						fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan 
						saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil 
						edilməməklə fakültativ kurs formasında şagirdlərin sayı 
						8 (səkkiz) nəfərdən az olmayan siniflərdə (o cümlədən 
						komplekt siniflərdə) "Həyati bacarıqlara əsaslanan 
						təhsil" kursunun tədrisinə verilir. 
						
						
						Şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə 
						həmin kurs sinif təşkilat saatlarında keçilir. 
						
						
						
						16. 
						Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, 
						Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, 
						Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, 
						Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil 
						məktəblərinin, habelə Naxçıvan MR-in Ermənistanla 
						sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin VI (altıncı) 
						siniflərində fakültativ, fərdi və qrup məşğələlərinə 
						ayrılmış vaxt hesabına həftədə 1 (bir) saat olmaqla 
						ikinci yarımildə "Mina təhlükəsinə dair maariflənmə" 
						adlı fakültativ kurs tədris olunur. 
						
						
						Qeyd edilən rayonların bütün ümumtəhsil məktəblərinin və 
						Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş 
						ümumtəhsil məktəblərinin IV (dördüncü) siniflərində isə 
						həmin kurs üzrə mövzular "Həyat bilgisi" fənninin 
						daxilində keçilir. 
						
						
						
						17. 
						Müvafiq ixtisaslı kadrları və maddi-texniki, tədris 
						bazası olan ümumtəhsil məktəblərinin VI-IX 
						(altıncı-doqquzuncu) siniflərində fakültativ, fərdi və 
						qrup məşğələlərinə ayrılan saatlardan 1 (bir) saatı dərs 
						cədvəlinə daxil edilməklə "İnformatika" fənninin 
						tədrisinə verilir. 
						
						
						
						18. 
						VII (yeddinci) siniflərdə fakültativ, fərdi və qrup 
						məşğələlərinə ayrılan saatlardan 1 saatı ikinci 
						yarımildə "Yol hərəkəti qaydaları"nın tədrisinə verilir. 
						Həmin qaydaların öyrədilməsi fakültativ məşğələ 
						formasında təşkil olunur. 
						
						
						VII (yeddinci) sinif şagirdlərinin sayı bu "Qeydlər"in 
						13-cü bəndində nəzərdə tutulmuş saydan aşağı olarsa, 
						həmin məşğələ qrupuna arzularına görə, VI (altıncı), 
						VIII (səkkizinci) sinif şagirdləri də daxil edilə bilər. 
						
						
						
						19. 
						Müvafiq maddi-tədris baza və ixtisas müəllimləri olduğu 
						halda, şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan 
						siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür: 
						
						
						19.1. Təlim rus və gürcü dillərində aparılan ümumtəhsil 
						məktəblərinin I-XI (birinci-onbirinci) siniflərində 
						Azərbaycan dili. 
						
						
						19.2. Təlim dilindən asılı olmayaraq, bütün ümumtəhsil 
						məktəblərinin I-XI (birinci-onbirinci) siniflərində 
						xarici dil (ibtidai siniflərdə dərsdənkənar məşğələyə 
						ayrılmış saat hesabına tədris edilən xarici dil dərsləri 
						istisna olunmaqla), o cümlədən V (beşinci) siniflərdə 
						ikinci xarici dil. 
						
						
						19.3. Bütün ümumtəhsil məktəblərinin V-XI (beşinci-onbirinci) 
						siniflərində "Fiziki tərbiyə", V (beşinci) siniflərində 
						"Texnologiya"(ikinci xarici dilə ayrılan saat hesabına 
						tədris edilən "Texnologiya" dərsləri istisna olunmaqla), 
						VI-VIII (altıncı-səkkizinci) siniflərində "Əmək 
						hazırlığı". 
						
						
						19.4. Seçmə fənlərə ayrılan saatlardan 1 (bir) saat 
						verilməklə "İnformatika" fənninin 2 (iki) saat tədris 
						olunduğu ümumtəhsil məktəblərinin X-XI (onuncu-onbirinci) 
						siniflərində həmin dərslər üzrə praktik məşğələlər. 
						
						
						
						20. 
						Kompüter kabineti olmayan ümumtəhsil məktəblərində "İnformatika" 
						fənni üzrə praktik məşğələ keçilmir. 
						
						
						
						21. 
						Təhsil Nazirliyinin 21 sentyabr 2010-cu il tarixli, 1241 
						nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin 
						çağırışaqədərki hazırlığı" fənn proqramına əsasən, tibbi 
						biliklərin əsaslarına aid mövzular bütün sinfə tədris 
						olunur. 
						
						
						
						22. 
						VI-XI (altıncı-onbirinci) siniflərdə seçmə saatların 
						tətbiqi 2006-2007-ci dərs ili üçün təsdiq edilmiş 
						müvafiq qaydalar üzrə aparılır. 
						
						
						
						23. 
						Dərs ili I (birinci) siniflərdə 31, II-XI 
						(ikinci-onbirinci) siniflərdə 32 tədris həftəsindən 
						ibarətdir. 
						
						
						
						24. 
						Dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də 
						başlayıb mayın 31-də başa çatır. 
						
						
						
						25. 
						Dərs ili iki yarımilə bölünür: 
						
						
						25.1. Birinci yarımil - 15 sentyabr - 29 dekabr 
						
						
						25.2. İkinci yarımil - 6 yanvar - 31 may. 
						
						
						
						26. 
						Dərs ili ərzində şagirdlər üçün aşağıdakı tətillər 
						müəyyən olunur: 
						
						
						26.1. Payız tətili - 12-17 noyabr (6 gün) 
						
						
						26.2. Qış tətili - 30 dekabr - 5 yanvar (7 gün) 
						
						
						26.3. I (birinci) sinif şagirdləri üçün əlavə tətil - 
						12-17 fevral (6 gün) 
						
						
						26.4. Yaz tətili - 17-24 mart (8 gün).  |