| 
						 
						
						Azərbaycan Respublikasının Prezidenti cənab  İlham 
						Əliyevin 17.04.2006-cı il tarixli, 1414 nömrəli 
						sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik 
						uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı 
						üzrə Dövlət Proqramı"ndan irəli gələn konseptual 
						xarakterli göstərişlərini rəhbər tutaraq respublikanın 
						şəhər və rayonlarında istedadı ilə fərqlənən, 2010/11-ci 
						və 2011/12-ci dərs ilində xüsusi lisey siniflərinə qəbul 
						olunmuş və hazırda VI və VII siniflərdə təhsil alan 
						xüsusi istedada malik şagirdlərin qiymətləndirilməsini 
						təmin etmək məqsədilə   
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Bölgələr üzrə müəyyən olunmuş şəhər və rayonların 
						qeyd edilən təhsil müəssisələrinin xüsusi lisey 
						siniflərində oxuyan xüsusi istedada malik VI və VII 
						sinif şagirdlərinin qiymətləndirilməsi 28.09.2012-ci il 
						tarixində aşağıdakı məktəblərdə keçirilsin: 
						
						
						- Gəncə şəhəri 27 nömrəli fizika-riyaziyyat və 
						informatika təmayüllü lisey 
						
						
						- Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya 
						
						
						- Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta 
						məktəb 
						
						
						- Şirvan şəhəri S.Hüseynov adına 1 nömrəli tam orta 
						məktəb 
						
						
						- Lənkəran şəhəri S.Kazımbəyov adına şəhər 6 nömrəli tam 
						orta məktəb 
						
						
						- Şəki şəhəri 19 nömrəli tam orta məktəb 
						
						
						- Quba rayonu A.Məmmədov adına təbiət fənləri təmayüllü 
						2 nömrəli məktəb-lisey 
						
						
						- Ağdaş rayonu S.Vurğun adına şəhər 1 nömrəli tam orta 
						məktəb 
						
						
						2. Xüsusi lisey siniflərində oxuyan xüsusi istedada 
						malik VI və VII sinif şagirdlərinin qiymətləndirilməsini 
						Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) həyata 
						keçirsin. 
						
						
						3. Xüsusi lisey siniflərində oxuyan xüsusi istedada 
						malik VI və VII sinif şagirdlərinin qiymətləndirilməsi 
						Azərbaycan dili və riyaziyyat fənləri üzrə 
						qiymətləndirmə vasitələri əsasında keçirilsin. 
						
						
						4. Gəncə şəhər Tİ, Sumqayıt, Mingəçevir, Şirvan şəhər və 
						Lənkəran, Şəki, Quba, Ağdaş rayon təhsil şöbələrinə 
						(Z.Hüseynov, V.Bağırov, N.Sultanov, P.Nəbiyev, 
						Ş.Əhmədova, S.İsmayılova, S.Aslanov, L.Paşayev) 
						tapşırılsın: 
						
						
						-  xüsusi lisey sinfində oxuyan xüsusi istedada malik VI 
						və VII sinif şagirdlərinin 28.09.2012-ci il tarixində 
						saat 14.00-da qiymətləndirmədə iştirakını təmin 
						etsinlər. 
						
						
						5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) qiymətləndirmə 
						vasitələrinin çap olunması ilə bağlı smeta sənədlərinin 
						hazırlanmasını təmin etsin.  
						
						
						6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin 
						"Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" 
						məcmuəsində dərc olunmasını həyata keçirsin. 
						
						
						7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						9 avqust 2012-ci il  |