| 
						 
						
						Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
						31.10.2011-ci il tarixli 178 №-li Qərarı ilə təsdiq 
						edilmiş "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların 
						təsnifatı"nda göstərilən peşələrin məzmununun müasir 
						dövrə uyğun dəyişdiyini və bununla əlaqədar yeni tədris 
						plan və proqramlarının yenidən hazırlanmasına ehtiyac 
						yarandığını nəzərə alaraq 
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların 
						təsnifatı"nda göstərilən peşələrin yeni tədris plan və 
						proqramları ilk peşə-ixtisas təhsili müəssisəsində 
						hazırlansın, müəssisənin pedaqoji şurasında müzakirə 
						edilsin, Təhsil Problemləri İnstitutunun İlkin Peşə 
						Təhsilinin İnkişaf Mərkəzi və  Texniki peşə təhsili 
						şöbəsi ilə razılaşdırıldıqdan sonra direktor tərəfindən 
						təsdiq olunsun.  
						
						
						2. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və Təhsil 
						Problemləri İnstitutu (A.Mehrabov) yeni tədris plan və 
						proqramlarının hazırlanmasında və tətbiq olunmasında ilk 
						peşə-ixtisas təhsili müəssisələrinə metodiki kömək 
						göstərsinlər. 
						
						
						3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin 
						"Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalında 
						dərc olunmasını təmin etsin. 
						
						
						4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						24 sentyabr 2012-ci il  |