| 
						 
						
						
						*  
						Hazırda ölkəmizin ümumtəhsil məktəblərində 151 minədək 
						müəllim çalışır. Onlar 1304750-dək şagirdin 
						təlim-tərbiyəsi ilə məşğuldur.  
						
						
						
						*  
						Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 330 ümumi 
						təhsil müəssisəsi var. Həmin məktəblərdə 29870 müəllim 
						311700-dək şagirdin təlim-tərbiyəsi ilə məşğul olur.  
						
						
						
						*  
						Ölkəmizdə hazırda 108 ilk peşə-ixtisas təhsili 
						müəssisəsi vardır. Bu müəssisələrdə 4062 nəfər rəhbər və 
						mühəndis pedaqoji işçi, 1453 nəfər isə istehsalat təlimi 
						ustası çalışır. 
						
						
						
						*  
						Yeni dərs ilində ölkə üzrə 4523 ümumi təhsil müəssisəsi 
						fəaliyyət göstərir.  
						
						
						
						*  
						Azərbaycanda xüsusi təyinatlı orta ixtisas təhsili 
						müəssisələri də daxil olmaqla 58 dövlət orta ixtisas 
						məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə çalışan 
						müəllimlərin sayı isə 9000-dən artıqdır.  
						
						
						
						*  
						Hazırda respublikamızda 36 dövlət və 14 özəl ali məktəb 
						fəaliyyət göstərir. Ali məktəblərin professor-müəllim 
						heyətinin sayı 14700 nəfərə yaxındır.  |