| 
						 
						
						 5 
						Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixi 
						dünyanın 100-dən çox ölkəsinin müəllimləri özlərinin 
						peşə bayramı kimi qeyd edirlər. Beynəlxalq Müəllimlər 
						günü artıq neçə illərdir ki, müstəqil ölkəmizdə də 
						təntənə ilə bayram edilir və bu münasibətlə təhsil 
						işçilərinin böyük bir qrupu təhsilin cəmiyyətdəki mühüm 
						rolunu, müəllimin şərəfli əməyini yüksək qiymətləndirən 
						möhtərəm Prezidentimiz tərəfindən fəxri adlarla, orden 
						və medallarla təltif olunur. 
						
						
						Bu il də belə oldu. Azərbaycan Respublikasının 
						Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2012-ci il 
						tarixli sərəncamları ilə 120 nəfərdən çox təhsil işçisi 
						Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 
						"Əməkdar müəllim" fəxri adına və "Tərəqqi" medalına 
						layiq görüldü. 
						
						
						Sevinirəm ki, fəxri ad alanların siyahısında mənim də 
						adım var. Yüksək mükafata layiq görülməyim peşə 
						bayramımız ərəfəsində sevincimə sevinc qatıb. 
						Təhsilimizə, təhsil işçilərinə göstərdiyi qayğıya görə 
						ölkə başçısı İlham Əliyev cənablarına dərin 
						minnətdarlığımı bildirirəm. Bu həm də rəhbərlik etdiyim 
						pedaqoji kollektivin əməyinə verilən yüksək qiymətdir. 
						Məktəbimiz isə bu qiymətə layiqdir. 
						
						
						Belə ki, Bakı şəhəri Səbail rayonu 236 nömrəli tam orta 
						məktəb son illər yüksək nailiyyətlər əldə edib. 2010-cu 
						ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 
						qalibləri sırasında olmuşuq. 2 nəfər müəllimimiz 
						"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş 
						nişanına layiq görülmüş, 1 nəfər müəllimimiz "Ən yaxşı 
						müəllim" müsabiqəsinin qalibi olmuşdur. Artıq 3 ildir 
						ki, hər il məzunlarımızdan 1 nəfər Prezident təqaüdünə 
						layiq görülür. 2011-2012-ci dərs ilində 1 nəfər 
						məzunumuz qızıl medal almış və 692 balla BDU-nun hüquq 
						fakültəsinə daxil olmuşdur. 
						
						
						Bütün sahələr kimi təhsil sahə 
						
						
						si də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 
						diqqət mərkəzindədir. Məhz bu qayğı sayəsində 
						respublikamızda son illərdə tikilən və təmir olunan 
						məktəblərin sayı ildən-ilə artır.  
						
						
						Məktəbimiz də 2010-cu ildə Heydər Əliyev Fondu 
						tərəfindən əsaslı surətdə yenidən qurulmuş və 
						avadanlıqlarla təmin olunmuşdur. Heydər Əliyev Fondunun 
						prezidenti, Milli Məclisin deputatı Mehriban xanım 
						Əliyeva əsaslı təmirdən sonra məktəbin açılışında 
						iştirak etmiş, pedaqoji kollektivə uğurlar arzulamışdır. 
						Bundan əlavə, məktəbimizdə 640 yerlik əlavə tədris 
						korpusu tikilmişdir. 
						
						
						Bütün bunlar bizi sevindirir və daha yaxşı çalışmağa 
						ruhlandırır. Fürsətdən istifadə edib bu bayram günündə 
						çoxminlik həmkarımı, ölkəmizin bütün təhsil 
						ictimaiyyətini təbrik edirəm.  
						
						
						
						Xanlar İMAMƏLİYEV, 
						Bakıdakı 236 nömrəli tam orta məktəbin direktoru,  
						əməkdar müəllim  |