| 
						 
						
						 Oktyabrın  9-dan 11-dək Mədəniyyət və Turizm, Gənclər 
						və  İdman nazirliklərinin təşkilatçılığı ilə  paytaxtda 
						keçiriləcək I Bakı Beynəlxalq idman filmləri 
						festivalında  20 ölkə iştirak edəcək. Festivalda 50-dən 
						çox bədii  və  sənədli film nümayiş etdiriləcək. Təqdim 
						olunan  filmləri dünya kinematoqrafiya və idman 
						sahələrində  böyük nüfuza malik olan  dəyərli münsiflər 
						heyəti, nüfuzlu simalar  qiymətləndirəcək.  Filmlər  
						Nizami Kino Mərkəzinin zallarında nümayiş olunacaq.  
						Qaliblərə  münsiflər heyəti tərəfindən  "Xüsusi 
						mükafat"  veriləcək və onlar  "Qran pri",  "İdman və 
						cəmiyyət", "İdman və şəxsiyyət"  
						müsabiqə-nominasiyalarında  iştirak edəcəklər.  |