| 
						 
						
						 Sentyabrın 
						28-də Amerikanın "Beynəlxalq Tədqiqatlar və Mübadilə 
						Şurası"nın (IREX)  Azərbaycan nümayəndəliyinin  
						təşəbbüsü və xarici mütəxəssislərin  iştirakı ilə təlim 
						keçirilib. Jurnalistika fakültəsində yeni media 
						fənlərini (onlayn jurnalistika, multimedia jurnalistika, 
						sosial media və yeni mediaya giriş) tədris edən  
						müəllimlər üçün  təşkil edilən təlim  "Azərbaycan yeni 
						media" layihəsi çərçivəsində baş tutub. Böyük 
						Britaniyadan olan mütəxəssis David  Brever və 
						"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları 
						Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun 
						prezidenti Osman Gündüz iştirakçılara  yeni media 
						fənlərinin  tədris metodları barədə məlumat veriblər. 
						
						
						Universitetlərin jurnalistika fakültələrinin müəllimləri 
						üçün nəzərdə tutulan təlimdə  BDU-nun jurnalistika 
						fakültəsindən Osman Gündüz, Aynur Kərimova, Könül 
						Niftəliyeva, Aynur Nəsirova və Anzulə Əmirova, Qərb 
						Universitetindən Günel Bilalova, Azərbaycan 
						Universitetindən Lalə Dilanova, Xəzər Universitetindən 
						Cabir Məmmədli, Vəfalı Ənsərov, Naxçıvan Dövlət 
						Universitetindən Seyid Surə, Şəhla Şirəliyeva, Odlar 
						Yurdu Universitetindən İbadət Məmmədov iştirak ediblər. 
						
						
						Qeyd edək ki, IREX beynəlxalq humanitar təşkilat  olaraq 
						1998-ci ildən Azərbaycanda nümayəndəliyini təsis edib.  
						Azərbaycanda  təhsilin və medianın  inkişafına dəstək 
						məqsədilə ABŞ Dövlət Departamentinin Təhsil və 
						Mədəniyyət Bürosunun, habelə USAİD-in maliyyələşdirdiyi 
						müxtəlif proqramlar həyata keçirir.  
						
						
						
						Y.ƏLİYEV  |