| 
						 
						
						 Lerik Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda 
						bildirilir ki, regionların 2009-2013-cü illərdə 
						sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına 
						müvafiq olaraq 220 şagird  yerlik Züvüç kənd  tam orta 
						və    80 şagird yerlik Aran kənd ümumi orta məktəbləri 
						üçün inşa olunmuş  yeni binalar istifadəyə verilmişdir. 
						Yeni təhsil müəssisələri müasir avadanlıq, inventar və 
						məktəb ləvazimatı ilə  təchiz olunmuşdur. 
						
						
						Açılış mərasimlərində çıxış edənlər ölkəmizdə təhsilin 
						inkişafına göstərilən diqqət  və  qayğıya görə 
						dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
						  |