| 
						 
						
						 Tovuz Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda 
						bildirilir ki,  rayonda 180 şagird yerlik Papaqçılar 
						kənd tam orta və 220 şagird yerlik Bayramlı kənd tam 
						orta məktəbləri üçün yeni binaların tikintisinə 
						başlanmışdır. 
						
						
						Son illərdə Tovuzda 15 məktəb binası tikilərək 
						istifadəyə verilmişdir.  Həmin məktəb binalarının üçü 
						Heydər Əliyev Fondunun təşəbbüsü ilə  "Yeniləşən 
						Azərbaycana yeni məktəb" proqramı çərçivəsində  inşa 
						olunmuşdur.   
						
						
						
						Şakir CƏFƏROV  |