| 
						 
						
						 2012-2013-cü 
						dərs ilində İmişli rayonu ümumtəhsil məktəblərinin V 
						siniflərində daha səriştəli fənn müəllimlərinin dərs 
						deməsinin təmin edilməsi məqsədilə təlim kurslarına cəlb 
						olunacaq müəllimlərin siyahısı dəqiqləşdirilmişdir. 
						Həmin kursların səmərəli keçməsi ilə bağlı İmişli şəhər 
						2 nömrəli tam orta məktəbi təlim mərkəzi kimi 
						müəyyənləşdirilmişdir. Təlim otaqları zəruri texniki 
						avadanlıqlarla (kompüter, proyektor, printer və s.) 
						təchiz edilmiş, lazımi şərait yaradılmışdır.  
						
						
						Təlim kursları Azərbaycan dili və ədəbiyyat, həyat 
						bilgisi, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri 
						incəsənət fənləri üzrə Azərbaycan Universitetinin, 
						riyaziyyat, informatika və Azərbaycan tarixi fənləri 
						üzrə "Mədəd  Azərbaycan" təşkilatının, xarici dil fənni 
						üzrə Xəzər Universitetinin əməkdaşları tərəfindən yüksək 
						səviyyədə aparılmışdır.  
						
						
						Rayon üzrə bu il V siniflərdə dərs deyəcək 551 nəfər 
						müəllim kursdan keçərək sertifikat alıb. Təlim kursları 
						müdavimlər tərəfindən razılıqla qarşılanmışdır. Onlar 
						yeni kurikulumlarda hər fənnin məqsədinin konkret olaraq 
						göstərildiyini, hər bir təhsil standartında zəruri bilik 
						və fəaliyyətlərin əhatə olunduğunu qeyd etmişlər. 
						
						
						Həmçinin bütün fənlər üzrə  təlimin təşkili ilə bağlı 
						praktik işlər aparılmış, bir çox qabaqcıl müəllimlərin 
						nümunəvi dərsləri dinlənilmişdir. Təlimçi müəllimlərdən 
						Rəna Məmmədova, Xuraman Nağızadə, Gülnar Adıgözəlova, 
						Leyla Məcidova, Faiq Manafov, Təhminə Süleymanzadə, 
						Rüsxarə Ələkbərova, Solmaya Əmiralıyeva, Nərminə 
						Qaragözova, Gülbəniz Camalova məşğələləri daha məzmunlu 
						qurmuş, müdavimlərin təlimlərdən maksimum 
						yararlanmalarına nail olmuşlar. 
						
						
						İmişli Rayon Təhsil Şöbəsinin müdiri R.Əmirov və  
						şöbənin əməkdaşları  təlim kurslarının səmərəli 
						keçməsinə yaxından köməklik göstərmişlər.  
						
						
						
						S.HÜSEYNOV, 
						İmişli RTŞ-ın metodik  kabinetinin direktoru  |