| 
						 
						
						04-05 oktyabr 2012-ci il tarixlərində Bakı şəhərində 
						keçirilmiş II Bakı Beynəlxalq Humanitar Forumda 
						qloballaşmaqda olan dünyanın reallıqlarını nəzərə 
						almaqla humanitar problemlər, perspektivlər və 
						çağırışlar muzakirə edilmiş, təbiət, iqtisad və 
						humanitar elmləri, mədəni elitanı təmsil edən Forumun 
						təşkilatçıları gələcəkdə beynəlxalq miqyasda nəzərə 
						alınması vacib olan yeni humanitar gündəliyin 
						formalaşması məsələsini qarşıya qoymuşlar.  
						
						
						Forum çərçivəsində plenar iclasın, bir neçə istiqamətlər 
						üzrə "dəyirmi masa"ların təşkilində və keçirilməsində 
						Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, 
						iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev, 
						Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi 
						üzvü Abel Məhərrəmov, Bakı Slavyan Universitetinin 
						rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, 
						Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr 
						üzrə prorektoru, dosent Jalə Qəribova yaxından iştirak 
						etmişlər. Onlar Foruma dəvət olunan bir çox xarici 
						qonaqları, o cümlədən xarici ölkələrin keçmiş 
						prezidentləri, Nobel mükafatı laureatları ilə öz 
						universitetlərində görüşlər keçirmiş, onlara fəxri adlar 
						və Azərbaycanı təcəssüm etdirən qiymətli hədiyyələr 
						vermişlər. 
						
						
						II Bakı Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə 
						keçirilməsində aktiv fəaliyyətlərini nəzərə alaraq
						
						
						  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						
						1. 
						Aşağıda adları çəkilən universitetlərin rəhbər 
						işçilərinə Təhsil Nazirliyinin təşəkkürü elan edilsin:  
						
						
						Məhərrəmov Abel Məmmədəli oğlu   - Bakı Dövlət 
						Universitetinin rektoru; 
						
						
						Hacıyev Şəmsəddin Hümmət oğlu - Azərbaycan Dövlət 
						İqtisad Universitetinin rektoru; 
						
						
						Abdullayev Kamal Mehdi oğlu - Bakı Slavyan 
						Universitetinin rektoru; 
						
						
						Qəribova Jalə Əhməd qızı - Azərbaycan Dillər 
						Universitetinin beynəlxalq  əlaqələr üzrə prorektoru 
						
						
						  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						11 oktyabr 2012-ci il  |