| 
						 
						
						Uşaq və yeniyetmələrin yaradıcılıq potensialının üzə 
						çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi 
						üçün stimulların yaradılması və onlar arasında təcrübə 
						mübadiləsinin təşkil olunması məqsədilə  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Uşaq  yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl 
						işlərinin Respublika   müsabiqəsi 2012-ci ilin noyabr 
						ayında keçirilsin. 
						
						
						2. Müsabiqənin Əsasnaməsi və Təşkilat Komitəsinin 
						tərkibi təsdiq olunsun (əlavə olunur). 
						
						
						3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsi, Gəncə Şəhər Təhsil  İdarəsi, rayon, şəhər 
						təhsil şöbələrinin müdirləri müsabiqənin yüksək 
						səviyyədə təşkili  üçün müvafiq  tədbirlər görsünlər. 
						
						
						4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi 
						(A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və 
						keçirilməsinə əməli köməklik göstərsin.  
						
						
						5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə 
						bağlı xərclərin ödənilməsi  T.İsmayılov adına 
						Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2012-ci ilə təsdiq 
						olunmuş xərclər smetasının müvafiq xərc maddələrində 
						nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada 
						həyata keçirilsin.    
						
						
						6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Tərbiyə və 
						məktəbdənkənar müəssisələr şöbəsi  (A.İbrahimov) 
						müsabiqənin respublika mərhələsinin qaliblərinin əl 
						işlərinin kataloqunun nəşri ilə bağlı zəruri tədbirləri 
						həyata keçirsinlər. 
						
						
						7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin 
						"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əmrin 
						əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində 
						yerləşdirilməsini təmin etsin. 
						
						
						8. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb 
						yerlərə göndərilməsini  təmin etsin.  
						
						
						9. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova 
						həvalə edilsin.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri  
						16 oktyabr 2012-ci il  |