| 
						 
						
						Azərbaycanın Qarsdakı baş konsulluğundan bildirmişlər 
						ki, baş konsul Ayxan Süleymanov və Qars valisi Eyüp Tepe 
						liseyin binasında inşaat işlərinin gedişi ilə tanış 
						olmuşlar. İnşaat şirkətinin nümayəndələri 32 sinif, 
						geniş toplantı zalı, kitabxana və idman meydançasından 
						ibarət olacaq liseyin binasında aparılan işlər haqqında 
						ətraflı məlumat vermişlər.  
						
						
						A.Süleymanov vurğulamışdır ki, Azərbaycan Dövlət Neft 
						Şirkətinin Qarsın Yenişehir məhəlləsində inşa etdirdiyi 
						bu lisey gələn il istifadəyə veriləcəkdir. Bu təhsil 
						ocağı güclü iqtisadiyyatı olan Azərbaycanın Türkiyənin 
						Qars şəhərində yaşayan qardaşlarımıza daha bir hədiyyəsi 
						olacaqdır.  
						
						
						Vali E.Tepe təməlini Türkiyənin Baş naziri Rəcəb Tayyib 
						Ərdoğanın qoyduğu Heydər Əliyev adına Liseyin türk 
						dünyasının dahi şəxsiyyətinin adını daşıdığını, onun 
						"Bir millət, iki dövlət" müdrik kəlamına uyğun olaraq 
						getdikcə güclənən qardaşlıq əlaqələrimizin daha bir 
						simvolu olduğunu söyləmişdir.  
						
						
						AzərTAc   |