| 
						 
						
						 Bakıdakı 167 nömrəli tam orta  məktəbin pedaqoji 
						kollektivi  təlim-tərbiyəni yüksək səviyyədə qurmaq, 
						qarşıya qoyulan vəzifələri uğurla həyata keçirmək üçün 
						ciddi səylə  çalışır. 
						
						
						Məktəbin direktoru Vaqif Quliyev  bildirir ki, təhsil 
						ocağında dərsin  təkmilləşdirilməsi ilə  əlaqədar 
						metodiki işlərə geniş yer verilir. Metodiki iş  "Təlim 
						və tərbiyə metodlarını həyatın tələblərinə müvafiq 
						quraq" və  "Yaradıcılıqla  işləyən   müəllimdən 
						yaradıcılıqla işləyən kollektivə" devizləri altında 
						aparılır. Metodiki iş dərsin təkmilləşdirilməsinə, 
						proqram materiallarının şagirdlər tərəfindən dərindən 
						mənimsənilməsinə kömək etməklə bərabər, həm də  
						müəllimlərin vaxtaşırı fikir mübadiləsi aparmasına, 
						müzakirələr şəklində şəxsi  fikirlərini həmkarlarına 
						çatdırmaq üçün geniş  meydan  açılmasına şərait yaradır. 
						
						
						Hazırda məktəbdə ayrı-ayrı fənlər üzrə  metodbirləşmə 
						sədrləri   tərəfindən "açıq dərs"lərin  təşkili, aktual 
						məsələlərlə  bağlı qabaqcıl müəllimlərin çıxışı, seminar 
						və konfransların keçirilməsi planlaşdırılır. Pedaqoji 
						kollektiv çalışır ki, məktəbdə metodiki  işin təşkili 
						yeni işə başlayan gənc müəllimlər üçün daha faydalı 
						olsun.   
						
						
						
						Şakir CƏFƏROV  |