| 
						 
						
						 Oktyabrın 
						15-də Milli Olimpiya Komitəsinin, İdman və Gənclər, 
						Təhsil nazirliklərinin təşkilatçılığı, BMT-nin Uşaq 
						Fondunun (UNİSEF) maliyyə dəstəyi ilə İsmayıllı 
						rayonunun Olimpiya İdman Kompleksində Azərbaycan 
						Respublikasının Prezidenti cənab İlham Əliyevin 
						sərəncamı ilə ölkəmizdə 2012-ci ilin "İdman ili" elan 
						olunması və Milli Olimpiya Komitəsinin 20 illik yubileyi 
						münasibəti ilə "Təhsil  və təbliğat naminə idman" devizi 
						altında tədbirlər keçirilib. İsmayıllı Rayon Gənclər və 
						İdman İdarəsindən aldığımız məlumatda bildirilir ki, 
						tədbiri keçirməkdə əsas məqsəd ümumtəhsil məktəblərində 
						fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirməklə 
						yanaşı, bu fənnə marağı artırma, uşaqların idman və 
						bədən tərbiyəsi ilə kütləvi şəkildə məşğul olmalarını 
						təmin etməkdən ibarət olub.  
						
						
						Əsl idman bayramına çevrilən tədbir Azərbaycanın Dövlət 
						himninin səsləndirilməsi ilə başlayıb. Açılış 
						mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti 
						Çingiz Hüseynzadə,  UNİSEF-in Azərbaycan 
						nümayəndəliyinin rəhbəri Mark Herevard  və İsmayıllı 
						Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini 
						Rəfael Əhmədov iştirak ediblər. Yarışa  rayonun 5 təhsil 
						ocağından 1 və 5 nömrəli şəhər, İvanovka, Hacıhətəmli və 
						Qalacıq kənd tam orta məktəblərindən ümumilikdə 10 
						müəllim və 50 şagird qatılıb. Rayonun İvanovka kənd tam 
						orta məktəbi I (birinci) yerə layiq görülüb. Qalib 
						komandalara Milli Olimpiya Komitəsinin diplomu və 
						qiymətli hədiyyələri təqdim edilib.   |