| 
						 
						
						 Azərbaycan 
						Universitetində "Azərbaycan" İntellektual Oyunlar 
						Klubunun "Nə?  Harada?  Nə zaman?" üzrə premyer - 
						liqasının birinci dövrəsinin ilk oyunu keçirilmişdir.  
						Azərbaycan Universitetinin mətbuat xidmətindən verilən 
						məlumata görə, birinci turun oyununa Bakı Dövlət 
						Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan 
						Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji 
						Universiteti, Azərbaycan Respublikasının Prezidenti 
						yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan 
						Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb 
						Universiteti və Azərbaycan Universitetini təmsil edən 
						komandalar qatıldı.  
						
						
						"Azərbaycan" İntellektual Oyunlar Klubunun prezidenti 
						Aydın  Priyev vurğulamışdır ki, gələn həftədən etibarən 
						oyunlara digər universitetlərin komandaları qatılacaq.
						 
						
						
						Məlumat üçün bildirək ki, Klubun əsas məqsədi Azərbaycan 
						Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə ölkənin 
						ali təhsil müəssisələri üçün iki dildə müntəzəm 
						çempionatın təşkil edilməsidir. Gələn həftələrdən 
						etibarən bir çox universitetdə sinxron oyunlara start 
						veriləcəkdir.   |